Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.
WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,49 dollar bahalaşaraq 46,03 dollar/barel təşkil edib.
“Brent” markalı neft isə 0,76 dollar və ya 1,60% bahalaşaraq 48,14 dollar/barelə bərabər olub.
Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti də 1,53 dollar bahalaşıb. Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 48,09 dollara bərabərdir.




