"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Neftin qiyməti 100 dolları görə biləcək?

25 Yanvar 2016 - 17:26
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Neft

–

Birjalarda neft bir qədər bahalaşmaqdadır. Bu gün – yanvarın 25-də Nyu-York birjasında Texasneftinin qiyməti bir barelə görə 5 sent artaraq 32 dollar 24 sent olub. London birjasında «Brent» markalı neftin də bir barelinin dəyəri 2 sent bahalanıb və 32 dollar 20 sentə yüksəlib.

Neftin bundan sonrakı qiymətləri barədə proqnozlar haçalanır. Mərkəzi ofisi Londonda yerləşən «Andurand Capital Management» fond idarəçiliyi şirkətinin qurucusu Pierre Andurand bir barel neftin qiymətinin bu il 50 dollara, 2017-ci ildə isə 70 dollara çatacağını düşünür.

Böyük Britaniyanın «Standard Chartered» bankı analitiklərinin dəyərləndirməsi, tam tərsinə, neft istehsalçılarında təşviş doğurub. Onlar neftin barelinin 10 dollaradək ucuzlaşacağını güman edirlər.

Neftdənasılı ölkələri neftin bahalanma həddi daha çox maraqlandırır. Azərbaycanın dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan hesablanıb. Maliyyə naziri Samir Şərifov büdcəyə dəyişiklik ediləcəyini və həmin qiymətin 25 dollardan götürüləcəyini bildirib.

Kənan AslanlıKənan Aslanlı

​«DAHA ÇOX QISAMÜDDƏTLİ SIÇRAYIŞDIR»

İqtisadçı ekspert Kənan Aslanlı bu günlər gözə çarpan bahalanma meylini qısamüddətli sıçrayış sayır: «Uzunmüddətli proses deyil. Bu, qısamüddətli investorların birjalarda vəsaitlərini neftə yönəltməsindən və qış mövsümündə neftə tələbatın artmasından və s. səbəblərdən qaynaqlana bilər».

«İRANIN VƏ ABŞ-IN «QAYA» NEFTİ QİYMƏTLƏRİ FEVRALDA YENİDƏN AŞAĞI ÇƏKƏ BİLƏR»

O, fevralda neftin qiymətinin azalacağını düşünür: «İranın xam nefti dünya bazarlarına, fiziki olaraq, fevral ayında çıxarılacaq. ABŞ-ın yeni «qaya nefti» yataqlarını işə salma planı da fevralda qiymətləri yenidən aşağı çəkə bilər».

Ancaq ekspert neftin qiymətlərində dövri dəyişikliyi istisna etmir: «Neftin qiyməti uzun müddət 20-30 dollar həddində də qala bilməz. Çünki neft ucuz olanda hasilatçı şirkətlər kapital xərcləmələrini məhdudlaşdırır və bu da gələcək hasilat həcmini azaltmaqla təklifi aşağı salır. Beləcə, bazarda qiymətin yuxarıya hərəkətinə yol açılır».

«FANTASTİK YÜKSƏK QİYMƏTLƏRİ BİR DƏ GÖRMƏYƏCƏK»

Kənan Aslanlı daha sonra fikrini belə yekunlaşdırır: «Amma qiymətlər inkişaf etməkdə olan ölkələrdə tələbin daralması, «qaya nefti» kimi yeni mənbələrin istismarı və alternativ enerjiyə keçid kimi obyektiv səbəblərdən əvvəlki fantastik yüksək qiymətləri – 100-120 dolları bir də görməyəcək».

Natiq CəfərliNatiq Cəfərli

​«BİRJALARA POZİTİV BİR SİQNAL OLDU»

Ekspert Natiq Cəfərlinin fikrincə, neft bazarında baş verən dəyişikliyin iki səbəbi var: «Birincisi, yanvarın 21-də Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi bildirdi ki, stimullaşdırma proqramının vaxtı 2017-ci ilin martınadək uzadılacaq. Bu, birjalara pozitiv bir siqnal oldu və likvid pul bolluğunun yaranması ehtimalını artırdı. Ona görə də Yaponiya, Amerika, Avropa birjalarında artımlar müşahidə edildi və nəticədə, neft qiymətlərində də artım gözə dəydi».

Natiq Cəfərli 2-ci səbəbi «discount» proqramına bağlayır: «Neft satan ölkələrin bazara təklifi London birjasında «Brent» markalı neftin qiymətindən daha aşağı qiymətədir. Bəzən «discount» 7-8 faizədək olur. Yəni bu gün «Brent» 31 dollardırsa, İraq və İran bazara nefti 25-26 dollara çıxarmaq istəyir. Bildiyimiz kimi, Səudiyyə Ərəbistanı Avropaya «discount» elan edib».

«YAXIN HƏFTƏLƏRDƏ NEFTİN QİYMƏTİNİN…»

Onun qənaətinə görə, makroiqtisadi və köklü əsas olmadığından yaxın həftələrdə neftin qiymətinin yenidən 30 dollardan aşağı düşməsi ehtimalı çox yüksəkdir: «Çünki İran get-gedə bazara daha çox neft çıxaracaq. Çində baş verən iqtisadi yavaşlama da neft istehlakını azaltdığından, neftin qiymətlərinin hələ uzun zaman aşağı səviyyələrdə qalması gözlənilir».

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident icra başçılarını toplayır

Next Post

Rusiya Türkiyə sərhədində aviabaza tikəcəkmi? – Generaldan açıqlama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya Türkiyə sərhədində aviabaza tikəcəkmi? - Generaldan açıqlama

Perinçek Amal Kluniyə görə Xədicəni qınadı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.