"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Neftin qiyməti qalxır, bəs manat? – Ekspert rəyi

02 Dekabr 2016 - 13:41
in XƏBƏR LENTİ

OPEK-in hasilatının azaldılması ilə bağlı razılaşmasından sonra manatın məzənnəsinin necə dəyişəcəyi yenidən gündəmdədir. Aydındır ki, neftin qiyməti manatın məzənnəsi üçün önəmlidir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Mövcud qiymət milli valyutamızın məzənnəsini stabilləşdirə bilərmi, ümumiyyətlə, manatın kursunun stabilləşməsi üçün neftin qiyməti neçə olmalıdır?

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, manatın məzənnəsi üçün neftin qiyməti ilə yanaşı, Dövlət Neft Fondundan xərcləmələr səviyyəsi olduqca vacibdir: “Çünki manatın taleyini artıq daha çox Mərkəzi Bankın intervensasiyası deyil, Neft Fondunun hərraca çıxardığı dollarların məbləği müəyyənləşdirir. Bu baxımdan, fondun xərcləmələrinin artması birbaşa dollar təklifini artırır və ya əksinə, “az xərcləmə az dollar” deməkdir. Bu ilin 9 ayında 4 milyard dollar satan fond həmin müddətdə cəmi 3 milyard 823 milyon manat xərcləyib. Həmin müddətdə manatın dollara orta məzənnəsini nəzərə aldıqda bu o deməkdir ki, sözügedən dövrdə fondda orta hesabla 2 milyard 440 milyon manat milli valyuta artıqlığı olub. Təbii ki, fond belə manat artıqlığı prinsipi ilə uzun müddət hərraclara çıxa bilməz və bu sözügedən qurumun strategiyasına da tam uyğun gəlmir. Deməli, dövlət xərcləmələri və neft fondunun dollar satışı manatın məzənnəsi üçün yaxın illərdə əsas amil olacaq”.

V.Bayramov vurğulayıb ki, ehtiyatlarının 75 faizini itirən Mərkəzi Bank 4 milyard dollarlıq rezervi ilə artıq prosesə birbaşa müdaxilə etməkdə maraqlı görsənmir: “Deməli, neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq və təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil. Digər tərəfdən, neftin dünya bazar qiymət hətta 60 dollara çatsa da belə bu manatın möhkəmlənməsi üçün yetərli deyil. Çünki bu halda da fondun qənaət prinsipi davam edəcək və nəticədə bazarda dollar qıtlığı olacaq. Eləcə də, 2017-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin həcmi azalmaqda davam edəcək. 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir. Deməli, fond gələn il daha az dollar satacaq. Ona görə də, neftin dünya bazar qiyməti manatın məzənnəsi üçün əhəmiyyətli olsa da belə hələlik mövcud qiymət valyuta bazarımıza təsir etmir və bizim qiymətləndirmələr göstərir ki, əgər neftin qiyməti kəskin artmazsa və bazara ciddi intervensiya olmazsa növbəti ildə də dollara tələbin artması fonunda manatın ucuzlaşması müşahidə ediləcək.

Bütövlükdə, bu ilin ortalarında qeyd etdiyim kimi, gələn il Rusiya və Qazaxıstanda olduğu kimi Mərkəzi Bank mövcud məzənnə siyasətindən istifadə edib, liberal üzən siyasətə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu halda isə, hətta neft fondunun mövcud transferləri də manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Məmurların sayını 30 faiz azaltmaq lazımdır` – Deputat

Next Post

Diplomları saxta çıxan ölkələr açıqlandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Diplomları saxta çıxan ölkələr açıqlandı

Nazir: "Tariflərin artırılması əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.