Yaxın 12 ay ərzində neftin qiyməti 45-50 dollar arasında dəyişəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qoldman Saç” şirkətinin rəsmi nümayəndəsi Cefri Karri söyləyib.
Onun sözlərinə görə, hazırda bazarda qara qızılın qiymətini qaldıracaq faktorlar müşahidə edilmir. O, neft hasilatı layihələrinə investisiyaların azalmasının 2020-ci ildən etibarən neft qiymətlərinə təsir etməyə başlayacağını bildirib.




