"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nehrəmli oliqarx 10 milyona qane olmadı, başının üstünü buldozerlər aldı…

25 Yanvar 2017 - 17:26
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakının Yusif Səfərov küçəsində, Bakı şəhər Baş Polis İdarəsi ilə üzbəüz yerləşən “Araz” otelinin və ona bitişik obyektlərin ötən il dekabrın 23-də qəfildən yerlə bir edilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. 

virtualaz.org xəbər vermişdi ki, həmin obyektlərin sahibi Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qaynatası, əslən Naxçıvanın Nehrəm kəndindən olan oliqarx Novruzəli İbrahimovdur. Obyektin bu cür qəfildən, məhkəmə qərarı olmadan və sahibinə kompensasiya ödənilmədən, içərisində əşyalar və hətta adamlar ola-ola qəfildən sökülməsi oliqarxın hansı səhvinə görə cəzalandırıldığına dair suallara yol açmışdı. Söküntü zamanınə rəsmilər, nə obyekt sahibi baş verənlərə aydınlıq gətirməmişdi.

Novruzəli İbrahimov Bakıda tikinti biznesi ilə məşğul olan oliqarx kimi tanınır, onun Bakının müxtəlif yerlərində onlarla çoxmərtəbəli yaşayış binası inşa etdirdiyi məlumdur. İbrahimov Diaspor məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun əmisi oğludur, İbrahimovlar klanının biznesini idarə edənlərdən biri hesab olunur. O, Şahmar Mövsümovla yanaşı Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun da qaynatasıdır.

“AzPolitika” bildirir ki, obyektlər sökülməzdən 2 gün əvvəl Novruzəli İbrahimovla danışıqlar olub və ona kompensasiya kimi 10 milyon manat təklif edilib. Bildirilib ki, oliqarx pulu götürüb ərazini 10 gün ərzində təhvil verməlidir. Lakin bu təklif İbrahimovu o qədər qəzəbləndirib ki, o, danışıqlar aparmaq üçün gələnləri söyərək qovub. Sahibkarı özündən çıxaran kompensasiya məbləğinin ərazinin real dəyərindən dəfələrlə kiçik olması olub. Belə ki, şəhərin düz mərkəzində 3 hektarlıq ərazi və onun üzərində yerləşən obyektlər üçün oliqarx bundan dəfələrlə artıq kompensasiya gözləyirmiş. Ancaq əvəzində onun başının üstünü qəfildən buldozerlər alıb, obyektlər cəmi bir neçə günə yer üzündən silinib. Bakı şəhər İcra Hakimiyyəti boşalan ərazidən yeni yolun çəkiləcəyini və park salınacağını bildirir.

Məlumata görə Novruzəli İbrahimov obyektlərinin sökülməsinə görə “Avropa Məhkəməsinə qədər şikayət edəcəyini” deyir.

Bu, Novruzəli İbrahimovun belə qəfil sökülən ilk obyektləri deyil. Hələ 2009-cu ildə Bakının Səttar Bəhlulzadə küçəsində (keçmiş Karl Marks prosekti) onun şirkətinin inşa etdiyi 16 və 12 mərtəbəli, tikintisi hələ tam başa çatmamış iki yaşayış binası qəfildən söküldü. Həmin söküntü işlərinə görə İbrahimovla heç bir kompensasiya verilməmişdi.

Ümumiyyətlə, nehrəmli İbrahimovlar klanının işləri yaxşı getmir. Klanın ən məşhur nümayəndəsi olan Nehrəmli Hacı İbrahimin utopik “Xəzər adaları” layihəsinin aqibəti və onun Azərbaycan Beynəlxalq Bankından götürdüyü yüz milyonlarla dollar krediti geri qaytarmadığı məlumdur. Hacı İbrahimin biznesi müflis vəziyyətə düşüb və onu dəfələrlə “Bandotdel”ə salıblar, pulları tələb ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı erməniləri geri qayıdır

Next Post

Qarabağda döyüşən 62 yaşlı erməni yanaraq öldü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qarabağda döyüşən 62 yaşlı erməni yanaraq öldü

Nar maliyyə hesabatlarını gizlədir?.. - ARAŞDIRMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.