"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nemtsovun qətlində Azərbaycan müdafiə nazirinin sabiq müavininin də adı hallandı – (Yenilənib)

03 Mart 2015 - 23:43
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Azərbaycanlı polkovnik İsa Sadıqov Rusiyanın tanınmış müxalifət lideri Nemtsovun ölümündə adının hallanmasına münasibət bildirib.

Nemtsovun qətlində Azərbaycan müdafiə nazirinin sabiq müavininin də adı hallandı - (Yenilənib)İ.Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ortaya belə bir şayiənin atılması qatillərin tapılmayacağını düşünməyə əsas verir: “Necə ki, Anna Politovskayanın, Maqnitskinin, Estemirovnanın, Litvinenkonun qatilləri tapılmadı. Boris Nemtsovun ölümündə ancaq və ancaq Putin rejimi maraqlı idi. Nemtsov müharibənin əleyhinə böyük mitinqlər, yürüşlər təşkil edidi. Yaz-yay aylarında böyük tədbirlərə təkan verməli idi və Rusiyanın müharibədə iştirakını sənədlərlə sübut etməyə hazırlaşırdı.

Rusiyada vəziyyət dəyişir, sanksiyalar, müharibə və digər problemlər get-gedə Putin rejiminin vəziyyətini ağırlaşdırır. Bu halda Nemtsovun ölümündə Ukrayna yox, ilk növbədə Putin rejimi maraqlı idi.

O ki qaldı Ukrayna xüsusi xidmət orqanlarının bu qətli təşkil etməsinə, bu gülünc versiyadır. Bu versiyanı ortalığa atmaqla ruslar bu qətli araşdırmaq fikrində deyillər.

Ruslar tərəfində çoxlu sayda terroristlər, muzdlular, serblər, ermənilər, osetinlər, çeçenlər vuruşur. Belə halda ruslar ukraynalılara şər-böhtan atmaqla kənar qüvvələrin iştirakını “təsdiqləməli idi”. Ona görə mənim də adımı yazıblar. Amma mən orada iştirak etməmişəm və edə də bilməzdim. O batalyonun da tərkibində heç vaxt olmamışam. Bunlar primitiv rus propoqandasından başqa bir şey deyil”.

İ.Sadıqov “Sizcə bu iddia əsasında real olaraq sizə qarşı hər hansı addım atıla bilərmi” sualına belə cavab verib: “Onlar bu cinayəti ört-basdır etmək üçün hər bir alçaqlığa gedə bilərlər”.

*   *   *11:00

“Boris Nemtsovun qətli ilə bağlı yaradılmış istintaq qrupu adına “Ukrayna izi” deyilə biləcək versiyaya daha çox diqqət yetirməyə başlayıb.

Xəfiyyələr Nemtsovun Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə öldürüldüyünü istisna etmir. Cinayətin təşkilatçıları isə “Donetsk və Luqansk xalq respublikaları”na qarşı döyüşən Cövhər Dudayev adına batalyonun yaraqlıları ola bilər.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, Nemtsovun qətlinin təşkilatçıları bu dəstənin indiki komandiri, adı Putinə sui-qəsd hazırlanmasına dair cinayət işində keçən Adəm Osmayev, həmçinin onun arvadı Əminə Okuyevadır.

Ukrayna xüsusi xidmət orqanlarının planına görə, müxalifət siyasətçinin qətli Rusiya rəhbərliyini gözdən salmalı, habelə Rusiyanın özündə siyasi sabitliyi pozmalı idi”.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumat Rusiyanın hökumət nəşri olan “İzvestiya” qəzeti yayıb.

“İzvestiya” onu da xüsusi vurğulayıb ki, sözügedən batalyonun qərargah rəisi Azərbaycan müdafiə nazirinin keçmiş müavini (1993-1995-ci illərdə) İsa Sadıqovdur. İ.Sadıqov Azərbaycanda axtarışa verilib, bir neçə ildir Norveçdə siyasi mühacir kimi yaşayır.

Həmin batalyonun komandiri isə məşhur səhra komandiri İsa Munayevdir. O, 2015-ci il, fevralın 1-də Debaltsovada gedən döyüşlərdə öldürülüb. İsa Munayev Ukraynaya Danimarkadan gəlmişdi.

Hüquq-mühafizə orqanlarındakı mənbə “İzvestiya” qəzetinə onu da bildirib ki, indi istintaq qrupunun əlində Ukrayna xüsusi xidmət orqanlarının Nemtsovun qətlində əlinin olmasına dair bir sıra sübutlar var. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin hələ Nemtsov qətlə yetirilən gün belə məlumat vermişdi ki, müstəntiqlər bu qətllə bağlı Rusiyada siyasi sabitliyi pozmağa yönələn cəhdlərə dair versiyalar üzərində də işləyirlər.

Məlumata görə, Rusiya xüsusi xidmət orqanları hazırda qətlin təşkilində və icrasında neçə adamın iştirak etdiyini dəqiqləşdirməyə çalışır. Əməliyyatçılar istisna etmirlər ki, killerlərlə və istiqamət verənlərlə (“navodçik”) yanaşı Moskvada xeyli nəzarətçilər də olub. Onlar bu qətlin nəticələrini və siyasi effektini müşahidə etməklə məşğul olublar.

“Bütövlükdə isə Ukrayna xüsusi xidmət orqanları Nemtsovun qətlindən sonra Rusiyada siyasi vəziyyətin gərginləşməsində maraqlıdır. Bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonun martın 1-də Moskvada keçirilən mat6əm yürüşünə qatılması da sübut edir. Qonçarenko Moskvaya emissar kimi gəlmişdi. O, rusiyalı müxalifətçinin qətlindən yararlanmaqla Moskvada Maydan yaratmağın necə mümkün olduğunu izləməli idi” – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İntiqam Əliyevin mühasibi sirləri açdı: “O seyf formal idi…”

Next Post

“Global Capital”: Azərbaycan bankları xaricdən borc almaq üçün növbəyə düzülüb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

“Global Capital”: Azərbaycan bankları xaricdən borc almaq üçün növbəyə düzülüb

Siqaret mafiyası ilə hökumət bacarmır?

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.