
Londonda yaşayan rusiyalı bankir German Qorbuntsov qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun cinayət işi ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib.
Avropa.info xəbər verir ki, bu haqda bankirin vəkili Vadim Vedenin məlumat verib. Onun görə, Qorbuntsovun istintaqa cəlb olunması ilə bağlı istintaq xəbərini ingilis polisi verib. Vəkil deyib ki, bankirin Nemtsovla şəxsi tanışlığı olmayıb, istintaqın onunla nə üçün maraqlandığından xəbəri yoxdur. Lakin ifadə verməyə hazırdır.
German Qorbuntsovun illər maliyyə biznesi ilə məşğul olub. Rusiya və Moldovada banklar sahibi olub. 2012-ci ilin 20 martın təşkil olunan sui-qəsddə ağır yaralanıb, uzun müddət komada olub. Daha sonra müəyyən edilib ki, sui-qəsdin icarçıları Çeçenistan vətəndaşları Aslanbek Dadayev, Elim Paşa Xatsuyev və Teymur İsayevdir. Onlar 2008-ci ildə Duma deputatı Ruslan Yamadayevi Moskvada güllələmişdilər.
Xatırladaq ki, Boris Nemtsov 27 fevralda Moskvanın mərkəzində güllələnərək qətlə yetirilmişdi. Hadisədən sonra Kadırovun “Şimal” batalyonunun 5 üzvü qətldə şübhəli bilinərək həbs olunmuşdu.




