Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 128-ə çatıb.
Elchi.az xəbər verir ki, bu barədə Reuters polisə istinadən məlumat yayıb.
“Zəlzələ qurbanlarının sayı… 128-ə yüksəlib”, – agentlik qeyd edir.
***
03:04
Nepalda dünən axşam saatlarında baş verən 5,6 bal gücündə zəlzələdə 37 nəfər həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.
Elchi.az xəbər verir ki, Səlahiyyətlilər, episentri Nepalın Cumla bölgəsindən 42 kilometr cənubda olan 5,6 bal gücündə zəlzələdə Rukum bölgəsində 20 nəfərin öldüyünü və çoxlu evin dağıldığını bildirib.
Səhər saatlarında ölənlərin sayının artacağına işarə edən səlahiyyətlilər, bir çox kəndlə əlaqənin kəsildiyini qeyd edib.
Nepal Milli Zəlzələlərin Monitorinqi və Araşdırma Mərkəzi zəlzələnin maqnitudasını 6,4 bal olaraq ölçüb.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasını 5,6 olaraq qiymətləndirib.
Hindistanın Milli Seysmologiya Mərkəzi (NCS) Facebook-dakı paylaşımında zəlzələnin maqnitudasının 6,4, dərinliyinin isə 10 kilometr olduğunu bildirib.
Hindistan xəbər agentliyi “ANI News”, yeraltı təkanların Hindistanın Milli Paytaxtı Dehli bölgəsində və ölkənin şimalındakı bəzi bölgələrdə də hiss edildiyini bildirib.
Nuranə Məmmədova






