
Bu gün Nepalda baş vermiş zəlzələ nəticəsində 26 nəfər ölüb, 150 nəfər yaralanıb.
APA-nın İANS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların gücü 7,3 bal təşkil edib.
Zəlzələnin episentri paytaxt Katmandudan 70 km aralıda qeydə alınıb.



