İsrailin baş naziri Benyamin Netanyahu Ankaraya səfər edəcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Elchi.az bu barədə Bloomberg.com-a istinadən xəbər verir.
Tərəflərin iyulda görüşəcəyi və İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli mövzusunda danışıqlar aparılacağı bildirilib. Qeyd olunub ki, iki ölkə liderləri ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün bir sıra addımlar atacaqlar.
Xatırladaq ki, bir vaxtlar yaxın hərbi müttəfiq olan Türkiyə və İsrail on ildən çox davam edən gərginlikdən sonra turizm və biznes sahələrində daha sıx əməkdaşlıq etməyə başlayıb.
Yeganə






