İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycana səfər etməyi planlaşdırır.
“The Times of İsrael” xəbər verir ki, bu barədə baş naziri özü Keniyada səfəri zamanı bildirib. Baş nazir deyib ki, Qazaxıstan və Azərbaycana səfər etməyi planlaşdırır.
B.Netanyahu səfərin tarixini dəqiq deməsə də, ancaq qış fəslində baş tutacağını vurğulayıb.




