İsrailin baş naziri Benyamin Netanyahu çətin bir müharibədə olduqlarını və bunun uzun müddət davam edəcəyini bildirib.
Elchi.az xəbər verir ki, Netanyahu blokada altındakı Qəzza zolağında daha 9 İsrail əsgərinin öldürülməsindən sonra video bəyanat yayıb.
İsrailin baş naziri çıxışında Qəzzada “çox mühüm qazanc əldə etdiklərini, eyni zamanda ağrılı itkilər də verdiklərini” bildirib.
İsrail ordusundan dünən verilən açıqlamada Qəzzanın şimalında baş verən qarşıdurmalarda 2 İsrail əsgərinin şəhid olduğu açıqlanıb. Bu səhər verilən açıqlamada Qəzza zolağında daha 9 İsrail əsgərinin şəhid olduğu bildirilib.
Şayəstə Hüseynova






