İsrailin baş naziri Benyamin Netanyahu ordunun işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə havadan və qurudan hücumunun lazım olduğu müddətcə davam edəcəyini deyib.
Elchi.az bu barədə Trthaber.com-a istinadən bildirir.
Netanyahu qeyd edib:
“Cenindəki əməliyyat zəruri olana və məqsədini tamamlayana qədər davam edəcək”.
Ceninin son vaxtlar terror mərkəzinə çevrildiyini iddia edən və buna imkan verməyəcəklərini deyən Netanyahu İsrail ordusunun xüsusi təyinatlıları, komandoları və hava qüvvələrinin Cenində fəaliyyətlərini davam etdirdiyini bildirib.
Cenində mülki insanlara zərər verməmək üçün maksimum səy göstərdiklərini vurğulayan Netanyahu qeyd edib: “Aparıcı şüarımız bəllidir. İsraillilərə zərər vermək istəyən ya həbsə atılacaq, ya da məzara gedəcək.
Qeyd edək ki, İsrail ordusunun Cenin bölgəsində həyata keçirdiyi hücumlarda 8 fələstinli şəhid olub, 10-u ağır olmaqla 80 fələstinli yaralanıb. Bundan başqa, İordan çayının qərb sahilindəki Əl-Bire şəhərində də İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli başından güllə yarası alıb və ölüb.
Yeganə





