İsrailin baş naziri Benyamin Netanyahu gələn ay Pekinin regionda artan nüfuzu fonunda Çinə səfər etməyə hazırlaşır.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, bu barədə “The Times of İsrael” qəzeti məlumat yayıb.
“Son vaxtlar Çin Yaxın Şərqdə iştirakını gücləndirib və baş nazir İsrailin maraqlarını təmsil etmək üçün orada olmalıdır.
Tərəflər hələlik səfərlə bağlı açıqlama verməyiblər, lakin mənbələrə görə, son günlər səfərə hazırlıqla bağlı iki liderin ofisləri arasında geniş təmaslar olub”.
Qəzet xatırladıb ki, mart ayında Çin İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasında vasitəçi kimi çıxış edib. Netanyahunun da Çinin köməyi ilə Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmağa çalışacağı istisna edilmir.
Səfər həm də nümayiş etdirməlidir ki, İsrail ABŞ-ın lütfünü gözləmək niyyətində deyil və öz diplomatik imkanlarına malikdir.
Yeganə





