İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-lı iş adamı İlon Maskla Təl-Əvivin süni intellekt sahəsində mühüm elementə çevrilməsi imkanını müzakirə etdiyini açıqlayıb.
Elchi.az Trthaber.com-a istinadən xəbər verir ki, danışıq zamanı tərəflər süni intellekt sahəsində dünya və İsrailin üzləşdiyi imkanlar və çağırışlar, bu sahənin inkişafı üçün əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Netanyahu qeyd edib:
“İlon Mask ilə süni intellekt mövzusunda danışdım. O, zəkasını və bəşəriyyətə verdiyi töhfəni çox yüksək qiymətləndirdiyim bir insandır”.
Netanyahu deyib ki, telefon danışığı zamanı Mask ona “Hökumətlər süni intellektdə aşkar edilən gizli imkanlar və risklərdən xəbərdar olmalıdır”-deyib.
Netanyahu bildirib ki, Mask İsrailin qlobal səviyyədə bu sahədə mühüm elementə çevrilməsi ehtimalından məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, İsrailin mülki və təhlükəsizlik sahələrində süni intellektlə bağlı milli siyasətini müzakirə etmək üçün yaxın günlərdə araşdırma qrupları ilə görüşəcək.
İsrailin baş naziri həmçinin “ChatGPT”-nin yaradıcısı “OpenAI”-nin baş icraçı direktoru Sem Altmanla telefonla danışdığını bildirib.
Yeganə






