İsrail parlamentinin əksər üzvləri Likud lideri Benyamin Netanyahunun yaratdığı hökumətə etimad göstəriblər. Bunu fövqəladə səsvermənin nəticələri sübut edir.
Elchi.az bu barədə Rusiya mediasına istinadən bildirir.
Netanyahu İsrailin yeni baş naziri kimi and içib. O, üçüncü dəfədir ki, bu vəzifəni tutur.
Daha əvvəl o, Qüdsün İsrailin vahid və bölünməz paytaxtı kimi statusunun gücləndirilməsinə, din və dövlət məsələlərində status-kvonun saxlanmasına çalışacağını bildirib.
Yeganə




