İsrail portalı “Walla” öz mənbələrinə istinadən xəbər verir ki, hökumətin ölkədə ümummilli etirazlara səbəb olan mübahisəli məhkəmə islahatının dondurulduğunu elan etməsindən sonra İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu böyük oğlu Yair Netanyahuya sosial şəbəkələrdən istifadəni qadağan edib.
Elchi.az xəbər verir ki, portalın məlumatına görə, Yair sosial şəbəkələrdə, xüsusən də “Twitter”də ifrat sağçı fikirləri və qalmaqallı açıqlamaları ilə tanınır, lakin baş nazirin parlamentin (Knessetin) yay sessiyasına qədər islahatları dayandırması barədə bəyanatından sonra oğlunun sosial şəbəkələr istifadəsi dayanıb.
Etibarlı mənbələr portala bildiriblər ki, buna səbəb sosial şəbəkələrdə verilən açıqlamaların zərər verdiyini deyən valideynlərinin onu sakitləşməyə”çağırması olub. Baş nazirin tələbinin ciddi ailə münaqişəsinə səbəb olduğu və portalın mənbələrinin bunu partlayış kimi qiymətləndirdiyi iddia edilir.
Yair Netanyahu sosial mediada atasının və hakim Likud partiyasının ən fəal və nüfuzlu tərəfdarlarından biridir, lakin onun qalmaqallı açıqlamaları həm də müxalifətçilərinin İsraili sarsıtdığını söyləyən məhkəmə islahatları ilə bağlı artıq bölünmüş cəmiyyətdə artan etirazı gücləndirib.
Yairin sui-qəsd nəzəriyyəsini açıqladığı və ABŞ Dövlət Departamentini İsraildə baş nazir Netanyahunu İranla razılaşmaya sövq etmək məqsədi ilə etirazları təşviq etməkdə və maliyyələşdirməkdə ittiham etdiyi son tviti Amerika rəhbərliyini ciddi şəkildə qəzəbləndirib.
Yeganə





