İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 29-da səhər saatlarında gecə yarısı dərc etdiyi HƏMAS-ın müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etməyən təhlükəsizlik xidmətlərinin rəhbərlərini tənqid edən yazısını silib.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə İsrail mediasında qeyd olunub.
Bildirilib ki, bu post həm müxalifətin, həm də koalisiyanın qəzəb dalğasından sonra yoxa çıxıb.
Gecə yarısından sonra Netanyahu “Twitter” və “Telegram”-da bəyanat yayaraq, Şin Betin rəhbəri Ronen Bara və AMAN hərbi kəşfiyyatının rəhbəri Aharon Halivanı yalan danışmaqda ittiham edib.
“Yanlış iddiaların əksinə olaraq, hökumət başçısı HƏMAS-ın müharibəyə başlamaq niyyəti ilə bağlı heç bir mərhələdə heç bir xəbərdarlıq almayıb”, – baş nazirin bəyanatında deyilir.
İsrailin müxalifət lideri Yair Lapid və milli təhlükəsizlik naziri və ifrat sağçı lider İtamar Ben-Qvir Netanyahunun bəyanatını tənqid ediblər.
Daha sonra Netanyahu dediyi sözlərə görə Şin Bet və AMAN liderlərindən üzr istəyib. “Mən səhv idim. Mətbuat konfransından sonra dediklərim deyilməməli idi və buna görə üzr istəyirəm. Mən bütün təhlükəsizlik xidmətlərinin rəhbərlərini tam dəstəkləyirəm”, – deyə Netanyahu bildirib.
Yeganə






