İsrail-Həmas qarşıdurması artıq 16-cı gündür ki, davam edir. Qəzzaya qarşı bombardmanları gücləndirən İsrail ordusunun quru əməliyyatına başlaya biləcəyi bildirilir.
Digər tərəfdən, İsrail ordusu Hizbullahın hücumlarını əsas gətirərək Livanın sərhədə yaxın bəzi bölgələrinə hücum edir.
Elchi.az Ntv.com.tr-yə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Hizbullaha növbəti xəbərdarlıq edib.
Netanyahu deyib ki, Hizbullah İsraillə müharibə etsə, bu, Hizbullah və Livana ağlasığmaz dağıntılar gətirəcək. Qəzzaya edilən hücumlara toxunan Netanyahu bildirib ki, Qəzza müharibəsi İsrail üçün ölüm-dirim məsələsidir.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib.
Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.
Yeganə






