İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün ABŞ prezidenti Co Baydenlə görüş zamanı yəhudi dövlətinə nəhəng, görünməmiş yardımın göstərilməsi üçün son dərəcə mühüm razılıq əldə olunub.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Netanyahu əlavə edib ki, bura İsrailin döyüş qabiliyyətini daha da gücləndirəcək yardım daxildir.
“Bugünkü görüşümüzdə ədalətli müharibəmizin davamını təmin edəcək hərəkətlər barədə razılığa gəldik”, – deyən İsrailin baş naziri əlavə edib ki, ABŞ-la bu əməkdaşlıq bütün cəbhələrdə bərabərliyi dəyişəcək və İsrailin məqsədlərinə çatmasına kömək edəcək.
Netanyahu onu da qeyd edib ki, tarixdə ilk dəfə ABŞ prezidenti müharibə zamanı İsrailə səfər edib.
Yeganə






