İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyədə zəlzələdə həyatını itirənlər üçün başsağlığı verib. O, bütün əlaqədar orqanlara tibbi yardım və axtarış-xilasetmə dəstəyi verməyə hazırlaşmaqla əlaqədar göstərişi verdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Netanyahu bu barədə sosial media hesabındakı paylaşımında qeyd edib:
“Bölgəmizdə baş verən zəlzələ fəlakəti ilə əlaqədar bu çətin zamanda bütün İsrail vətəndaşları adından türk xalqına başsağlığı verirəm”.
İsrailin bütün aidiyyatı orqanlarına tibbi yardım və axtarış-xilasetmə səylərini dəstəkləməyə hazırlaşmaq göstərişi verdiyini qeyd edən Netanyahu, İsrailin xarici işlər və müdafiə nazirlərinin türk həmkarları ilə təmasda olduqlarını və müvafiq nümayəndə heyətinin“işini ən qısa zamanda başa çatdıracağını qeyd edib.
Yeganə




