Çində yaddaş klinikasının nevroloqları 19 yaşlı gəncə Alzheimer diaqnozu qoyublar.
Elchi.az xəbər verir ki, sözügedən gənc 17 yaşında yaddaş itkisi yaşamağa başlayıb və zaman keçdikcə koqnitiv çatışmazlıqlar artıb.
Xəstənin beyninin görüntüləri yaddaşda iştirak edən “hipokampus”da daralma aşkar edib. Digər tərəfdən, onurğa beyni mayesindən götürülən nümunə də xəstəliyə işarə edib.
Bununla belə, yeniyetmənin ailəsində xəstəlik keçmişində Alzheimer və ya demans xəstəliyinin olmadığı açıqlanıb.
Çində bu yeni diaqnozdan əvvəl ən gənc Alzheimer xəstəsinin 21 yaşında olduğu məlumatı paylaşılmışdı.
Şayəstə




