Media ABŞ-ın Ukraynaya dəstək verməsi ilə bağlı üstünlükləri öyrənib.
Elchi.az xəbər verir ki, Birləşmiş Ştatlar ölkənin titan ehtiyatlarına görə Ukrayna tərəfini dəstəkləməyə davam edir. Bu barədə “Newsweek” məlumat yayıb.
Hazırda ABŞ və müttəfiq ölkələrdə Rusiya və Çinin gələcək çəkindiriciliyinin əsasını təşkil edəcək ən qabaqcıl Qərb hərbi texnologiyalarının inkişafı üçün kritik əhəmiyyətə malik metal şəklində Ukraynanın nəhəng resurslarını müəyyən etmək, inkişaf etdirmək və istifadə etmək üçün səylər davam edir.
Bundan əlavə, ABŞ artıq titanı ölkənin iqtisadi və milli təhlükəsizliyi üçün son dərəcə vacib olan 35 mineraldan biri kimi təsnif edib. Bununla belə, Amerika tərəfi hələ də bu filizin 90%-dən çoxunu idxal edir.
Şayəstə






