"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nifrət saxtakarlığı

25 Yanvar 2015 - 11:25
in KÖŞƏ YAZILARI

Elçin Zahiroğlu

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Dünən ölkədə bir manatın söhbətini etdilər. “Xəzər”dəki müğənni-aparıcı bacıların yersiz “hissə qapılma”ları hamının “dövlətçi elchinzahiroglu11xdamarı”na toxundu – yekə-yekə kişilər işə qarışdı, millət vəkilləri coşdu… Axırda da düşük müğənni bacılar cəzalandı, TV üzr istədi.

Televiziyalarla bağlı istənilən tənqid, tənbeh və cəza tədbirləri adamın ürəyindən tikan çıxarsa da, dünənki həngamə elə kanallarda hazırlanan proqramlar kimi bəsit, əttökən və bayağı idi.

Əlbəttə, aparıcıların cırdığı milli valyutamızdır, atributumuzdur… Hətta istəsək, onu qeyrətimiz, namusumuz, yaşam qarantımız, papağımız da adlandıra və bunu isbatlaya bilərik… Amma bu sadaladığımız “əşhədü varlığımız” təkcə o gənc qızların cırdığı pul deyil, həm də məlum nazirlərimizin, məşum oliqarxlarımızın doğmalarının toylarında “paçka-paçka” tikələdiyi, yerə səpələdiyi “dövlət simvolu”muzdur… O həm də, yollarda, körpülərdə, binaların üzlüyündə, kasıblardan “çırpışdırılan” yerlərdə ucaldılan, yalnız gözətçilərin yaşadığı saraylarda, bəhsə-bəhs tikilən restoranlarda faciəvi israfçılıqla göyə sovrulan “atribut”umuzdur.
O həm də namus üstündə cəza çəkən xanımı həbsxanada zorlatdıran, sonra doğuzduran, daha sonra da mətbuatda fahişə olduğunu yazdıran “dəyərimiz”dir…

Bəli, pul həm də bu işlər üçün istifadə edilə bilirsə, onun cırılmasına görə təşvişə düşməyimiz artıq deyilmi? Yox əgər, məsələyə faktaloji yanaşırıqsa, yəni pulun məhz cırılması milli heysiyyət sayılırsa, onda nazir arvadlarının uzun dikdabanları altında cırılan, sonra da süpürgəylə kisələrə yığılan pullara görə də kimsə üzür istəməli, cəzalanmalı, qamçılanmalıdır.

Problemi başqa rakursdan araşdırsaq, əlbəttə, belə bir əcaib hadisənin MAVİ ekranlarda baş verməsinə də etiraz etməyə bilmərəm. Amma burda başqa ƏMMA var. Guya bu ekranlarda dəyər hesab olunan nələr cırılmayıb ki? Bu televiziyalar elə bir “zon”du ki, hələm-hələm DƏYƏR oradan salamat çıxmır. Baxın, patriotların əsas kişi “qəhrəmanı” – “MİLLİ DƏYƏR”, “ADƏT-ƏNƏNƏ”, “TARİXİ ŞƏXSİYYƏTLƏR” bu TRİBUNAdan alçaldılıbmi? – Alçaldılıb. Manıslar, cinsi bilinməyən məxluqlar, axmaq-axmaq danışan, savadı, əxlaqı, heç bir müsbət cəhəti olmayan “ulduzları” nümunəvi şəxslər kimi təqdim etməklə köhnə kişiləri infarkt ediblərmi? – Ediblər. Analoqu olmayan şou, beyni deşən zövqsüz musiqi, məzmunsuz verilişlərlə təhsil, səhiyə, vətənpərvər ruhlu proqramların intizarında olanların ürəyinə dağ çəkməyiblərmi? – Çəkiblər. Bəs onda birdən – birə niyə həyəcanlanmışıq? Hər şeyin cırıq-cırıq olduğu vaxtda biz nəyin peşindəyik? Sevginin saxtası olur, bilirəm. Nifrətindəmi saxtasını qondardıq. Bəli, 1 manat cıran əkizlərə nifrətimiz saxta görünür. Hər yerdən, hər gözdən baxanda belə.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ağır yol qəzası baş verdi, Ələt qazsız qaldı

Next Post

Ermənilərin cəbhədə təxribatları davam edir

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Ermənilərin cəbhədə təxribatları davam edir

"Mixail Qorbaçov qorxunc cinayətlərin müəllifidir" - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.