“Bu çox gözəl duyğudur”
Tofiq Yaqublunun azadlığa çıxmasıyla bağlı Etatist.com-a açıqlama verən qızı Nigar Yaqublu əfvi gözləmədiyini bildirdi:
“Hal-hazırda çox xoşbəxtik. Hələ çıxmayıb deyə bu sevinci tam yaşaya bilmirik. Bu çox gözəl duyğudur. Çox istəyərdik ki, bu sevincli günlər digər siyasi məhbuslara, Xədicəyə, İntiqam bəyə və hər kəsə nəsib olsun. Mən ümumiyyətlə bu əfv məsələsini birmənalı olaraq heç vaxt gözləmirdim. Hər dəfə bu məsələ gündəmə gəlir və deyirdilər ki, azadlığa çıxacaq, ancaq nəticədə heç nə olmurdu. Ona görə mən bu məsələni özüm üçün qapamışdım, düşünürdüm ki, nə vaxt buraxacaqlar, onda da azadlığa çıxacaq. Bu gün mənim üçün tam bir surpriz oldu. Çünki heç gözləmirdim”.
“Bu təkcə demokratik düşərgə üçün yox, Azərbaycanın özü üçün də xeyirli bir hadisə olacaq”
NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Məcid Mərcanlı isə hal-hazırda çox xoşbəxt olduqlarını və bunu qeyd etdiklərini bildirdi:
“4 üzvümüz azadlığa çıxıb. Bizdən əlavə digər siyasi məhbusların da bir qismi azadlığa qovuşub. Çox sevincliyik, ümid edirik ki, bütün haqsız yerə həbsdə yatan, bütün Azərbaycanı sevən, Azərbaycanın ziyalı insanları azadlığa qovuşacaq və bu, qısa zamanda baş verəcək. Bu təkcə demokratik düşərgə üçün yox, Azərbaycanın özü üçün də xeyirli bir hadisə olacaq.
İndi həbsxanalardan xəbər gözləyirik ki, buraxanda gedib qarşılayaq. Açığı illərdir hər bayram gözləyirik. Sadəcə bu dəfə bir az ümidsiz baxırdıq. Hər dəfə belə ümidlənirdik, amma sonda məyusluqla nəticələnirdi. Bu dəfə heç olmasa 4 nəfər üzvümüz əfvə düşdü, 2 nəfər hələ də həbsdədir – İlkin Rüstəmzadə və Əbdül Əbdülov. İnanırıq ki, çox yaxın zamanda onlar da azadlığa qovuşacaqlar. Sevdikləri, ailəsi və dostları ilə birlikdə belə gözəl günləri, Novruz bayramını və digər bayramları bir yerdə qeyd edəcəyik”.