Nigerin hakim partiyası Niger Demokratiya və Sosializm Partiyası hərbi çevriliş nəticəsində devrilmiş prezident Məhəmməd Bazumun azad edilməsi üçün mitinqlərə çağırıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Niger prezidenti Məhəmməd Bazumu tutan üsyançıları onu azad etməyə çağırıb. Quterreş qeyd edib ki, BMT demokratik yolla seçilmiş hökumətə hücumu pisləyir.
Qeyd edək ki, iyulun 30-da Nigerdə aparıcı müxalifət partiyası üsyançıları dəstəkləyib və hərbçilərin tərəfdarları Rusiya bayraqlarını götürüb mitinqə gediblır.
Havar Şəfiyeva





