Nigerdəki üsyan Rusiya-Afrika sammitində fəal şəkildə müzakirə olunur, bu mövzu diqqətdən kənarda qala bilməz. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Niger hərbçiləri prezident Məhəmməd Bazumun devrilməsini və ştatın sərhədlərinin bağlandığını bəyan etmişdilər. Polkovnik Amadu Abdraman ölkə sərhədlərinin bağlandığını və ümummilli komendant saatının elan edildiyini, respublikanın bütün qurumlarının fəaliyyətinin dayandırıldığını bildirib.
Bundan əvvəl məlum olub ki, Niger prezidentinin mühafizəçiləri Bazumu ölkə paytaxtında prezident sarayında saxlayırmış. sarayın yaxınlığında yerləşən nazirliklər də bağlanıb, ölkə rəhbərinin iqamətgahında yerləşən əməkdaşlar kabinetlərinə daxil ola bilməyiblər.
Havar Şəfiyeva




