NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis Nigerdəki vəziyyətin Afrika qitəsində genişmiqyaslı müharibəyə çevrilə biləcəyini deyib. Elchi.az xəbər verir ki, o, bu barədə “Twitter”hesabında məlumat verib.
“Bu Nigerdəki vəziyyət Afrikada genişmiqyaslı müharibəyə səbəb olacaqmı? Təbii ki, bunun üçün şərait var”, – deyə nəşr yazır.
Qeyd edək ki, iyulun 27-nə keçən gecə üsyançılar milli televiziya vasitəsilə ölkədə hakimiyyəti ələ keçirdiklərini və hazırkı dövlət başçısını vəzifəsindən uzaqlaşdırdıqlarını elan ediblər. Sərhədləri bağladılar və Niger konstitusiyasını da etibarsız elan ediblər.
Havar Şəfiyeva






