Nigeriya çevrilişin baş verdiyi Nigerlə bütün sərhədlərini bağladığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Nigeriya Gömrük Xidmətinin (NCS) Baş Nəzarətçisi vəzifəsini icra edən Bəşir Adewale, çevriliş və inkişaf edən hadisələr səbəbiylə Nigeriyanın Niger ilə bütün sərhədlərini bağladığını bildirib.
Adewale, bu qərarın Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) növbəti bildirişə qədər yüklərin hərəkətini dayandırmaq direktivinə uyğun olduğunu söyləyib.
NCS-nin tam uyğunluğu təmin etmək üçün sərhəd icmalarını həssaslaşdıracağını vurğulayan Adewale, qərarın iki ölkə arasında sülh və sabitlik adına da alındığını əlavə etdi.
Nigeriya prezidenti və eyni zamanda Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) prezidenti Bola Əhməd Tinubu ECOWAS-ın Nigerlə sərhədlərinin bağlanmasını əmr etdi.
Nuranə Məmmədova





