Nigeriya hökuməti kriptovalyuta birjalarına girişi bloklayıb.
Elchi.az xəbər verir ki, Nigeriya Mərkəzi Bankı və Nigeriya Rabitə Müdirliyi telekommunikasiya şirkətlərinə bütün kriptovalyuta saytlarına girişi dayandırmağı tapşırıb.
Qeyri-qanuni pul köçürmələrini və yerli valyuta olan nairanın devalvasiyasını dayandırmağa çalışan hökumət tətbiqlər vasitəsilə girişi də məhdudlaşdırıb.
Afrikanın ən sıx məskunlaşdığı, 220 milyon əhalisi olan Nigeriyada yerli pul vahidi dollar qarşısında tarixin ən aşağı səviyyəsindədir.
Zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriya iqtisadiyyatı, gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlərdən mənfi təsirlənir.
Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya çatmağa çalışırlar.
Şayəstə Hüseynova






