Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqində həyata keçirdiyi hücumda 10 nəfər həyatını itirib.
Elchi.az “Punch” qəzetinə istinadən xəbər verir ki, terror təşkilatı “Boko Haram” üzvləri Borno əyalətinin Mafa bölgəsində tarla işçilərinə hücum edib.
Hücumda 10 nəfər həyatını itirib, 9 nəfər isə qaçırılıb.
2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Nuranə Məmmədova




