Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar ölkənin xaricdəki səfirlərindən dördünün səlahiyyətlərini əlindən alıblar. Elchi.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
Fransa, Nigeriya, Toqo və ABŞ-dakı diplomatların səlahiyyətləri geri alındığı qeyd olunur.
Qeyd edək ki, Nigerin əvvəllər devrilmiş prezidenti Məhəmməd Bazum ölkədə konstitusiya quruluşunun bərpasına kömək etmək xahişi ilə ABŞ və dünya ictimaiyyətinə müraciət edib.
BMT ümid etdiyini bildirib ki, Nigerdəki vəziyyəti nizamlamaq üçün güc tətbiq etməyə ehtiyac olmayacaq. Öz növbəsində Avropa İttifaqı zərurət yaranarsa, Nigerə qarşı hərbi əməliyyata dəstək verməkyə hazır olduğunu qeyd edib.
Havar Şəfiyeva






