"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nikahdankənar doğulan uşaqların sayı açıqlandı – Kəndlərdə vəziyyət qəlizdir

02 Avqust 2019 - 10:59
in CƏMİYYƏT

Hər il kənd yerlərində nikahdankənar doğulan uşaqların sayı çoxalır.  

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova məlumat verib.

A.Veysəlova nikahdankənar doğulmaların sayında həmişə dəyişkənliyin olduğunu bildirib:

“Bu rəqəmlər hər il gah azalır, gah da artır. 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı daha çox idi. Həmin il 30 983 uşaq doğulub. Amma 2011-ci ildən başlayaraq indiyədək bu rəqəmlərdə azalma var. Sonuncu rəqəmlər artıq 20 min civarındadır. Bununla belə, şəhər yerlərinə nisbətdə kəndlərdə bu göstərici çoxluq təşkil edir”.

O qeyd edib ki, verilən rəqəmlər ümumi xarakter daşıyır:

“Amma qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların qeydiyyatının aparılması ilə bağlı başqa yanaşma da var. Belə ki, Ədliyyə Nazirliyinə hər iki valideynin və ya tək qadının ərizəsi ilə müraciət edilir. Məsələn, bəzən normal ailələrdə 4 və ya 5 uşaq olmasına rəğmən, ailə başçılarının rəsmi nikahı olmur, münasibətlərini hansısa səbəblərdən rəsmiləşdirə bilmirlər. Amma valideynlər öz uşaqlarından imtina etmir, normal ailə münasibətləri çərcivəsində yaşayırlar. Biz belə ailələrə öz maarifləndirici təlimlərimiz zamanı rəsmi nikahla bağlı məsləhətlər veririk. Çünki bu, çox mühüm məsələdir. Rəsmi nikah həm uşağın, həm ananın, həm də atanın hüquqlarının qorunması və digər məsələlərdə mühüm amildir”.

Komitə rəsmisinin sözlərinə görə, narahatedici və düşündürücü məqam tək ananın ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib doğum haqqında şahədətnamə almasıdır:

“Tək qadınlar qeyri-rəsmi nikahda olan qadınların çox az hissəsini təşkil edir. Bunun səbəblərini araşdırmaq lazımdır. Çünki ola bilər ki, xanım hamilə olduğu zaman əri rəhmətə gedə və ya boşanma prosesi ola bilər. Ötəri münasibətlər nəticəsində, yarımçıq qeyri-rəsmi əlaqə nəticəsində doğulan uşaqlar da olur”.

A.Veysəlova vurğulayıb ki, 2011-ci il də daxil olmaqla, bu cür uşaqların doğulma dinamikasında artım var idi. Amma 2011-ci ildən etibarən azalma müşahidə edilir:

“Deməli, insanlar nikah məsələlərinə artıq çox məsuliyyətlə yanaşırlar. Münasibətlərin rəsmiləşdirilməsi hər cəhətdən faydalıdır. Bu, bir prosedur qaydasıdır. Həm də hüquqların müdafiəsi üçün çox önəmlidir. Xüsusilə dünyaya gələn uşaqların hüquqlarının qorunması, vətəndaşlığının müəyyən olunması, doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin alınması və digər məsələlərə görə lazımdır.

Amma kənd yerlərində problemlər çoxdur. Onu da bildirim ki, rayon yerlərində daha çox azərbaycanlı olmasına baxmayaraq, Rusiya, Gürcüstan və ya başqa ölkə vətəndaşı olan şəxslər nikah bağlamırlar. Çünki həmin ölkədə nikahda olmaması barədə sənəd hansısa səbəblərdən təqdim edilmir. Hətta şəxsiyyət vəsiqəsinin vaxtının keçməsinə rəğmən, onu gedib dəyişdirməyənlər də var. Bu halda nikah rəsmi olaraq qeydə alınmır. Kənd yerlərində bu cür sənədləşmə problemləri var”.

O vurğulayıb ki, bütövlükdə 1990-cı illərlə müqayisədə rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artmaqdadır:

“Qeyd edim ki, 1990-cı illərdə nikahdankənar doğulan uşaqlar şəhər yerlərində daha çox idi. 2003-cü ildən etibarən kənd yerlərində doğulan belə uşaqların sayında artım var. 2017-ci ildə şəhərdə 8167,  kənd yerlərində isə 14 629 belə uşaq doğulub. Ümumiyyətlə, 2016-cı ildə 26 288, 2017-ci ildə 22 796, 2018-ci ildə isə 20 716 uşaq nikahdankənar doğulub. Göründüyü kimi, ilbəil nikahdankənar doğulan uşaqların sayı azalır.

Rəsmi nikahları olmasa da, 2017-ci ildə Ədliyyə Nazirliyinə hər iki valideyn tərəfindən 16 471 uşaq üçün ərizə təqdim olunub. Həmin ildə yalnız tək ana tərəfindən 6325 müraciət daxil olub”. 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kür çayında 1 nəfər batıb, axtarışları aparılır

Next Post

Bu gündən direktorların işə qəbulu üzrə imtahanlar başlayır

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bu gündən direktorların işə qəbulu üzrə imtahanlar başlayır

Bu gündən direktorların işə qəbulu üzrə imtahanlar başlayır

Bakıda əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyir

Bakıda əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.