"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Niva”larla “avtoş”luq edənlər kimlərdir…

15 İyun 2017 - 10:16
in aktual-banner, Banner, Cebhe-banner

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Bu gün “avtoş”luq edənlərə cəmiyyətdə əl çalanlar çox azdır, amma…

Son zamanlar Bakı küçələrində yüksək sürətlə şütüyən “Niva” (VAZ -2121) markalı avtomobillərin sayı çoxalıb. Xüsusilə də bu avtomobilə maraq göstərənlər “avtoş”lar, bəzi məmur övladlarıdır ki, onların sürdükləri “Niva”nın qiyməti heç də xarici maşınlardan aşağı deyil. Yolsuzluq şəraitinə uyğun olan bu avtomobillərdən əvvəllər daha çox dağ yerlərində, çətin keçilən yollarda istifadə edirdilərsə, bu gün mənzərə tamam başqadır. Elə statistikalar da bunu deməyə əsas verir ki, “Niva” Azərbaycanda artıq ən çox satılan avtomobil sırasında birincilərdəndir.

Maşına maraq göstərən gənclər bu gün “Niva”ların xarici görünüşünü, texniki göstəricilərini elə dəyişirlər ki, artıq köhnə maşından əsər-əlamət qalmır. “Niva”larla bağlı elanlar arasında hətta 35 min manat qiymətə də rast gəlmək olur. Belə “Niva”ların sükanı, salonu, güzgüləri, oturacaqları və hətta ötürücü qutusu da dəyişdirilir.

Bəs insanların bu avtomobilə belə maraq göstərməsinin səbəbi nədir?

Ekspert Elməddin Muradlı “Yeni Müsavat”a mövzu ilə bağlı maraqlı məlumatlar verib. E. Muradlı söyləyib ki, “Niva”nın cəzbedici olmasının əsas səbəbi bu avtomobilin manevr imkanlarının geniş olmasıdır: “Eyni zamanda ”Niva” yaxşı çəkən maşındır və yolsuzluq şəraitinə tam uyğundur. Bu gün dağ kəndlərimizdə məhz “Niva”dan istifadə edirlər. Bütün dövrlərdə bu avtomobillər dözümlü maşın olub və ağır şəraitlərdə bundan istifadə olunub. Son zamanlar isə bu maşınlardan daha çox avtoxuliqanlar istifadə edirlər. Eləcə də bəzi imkanlı şəxslər də ikinci, üçüncü avtomobilləri kimi “Niva” alırlar. Kiminsə imkanları genişdir və “Niva”ya əlavələr etməklə, onu müxtəlif formada dəyişir. Ancaq bir məsələ var ki, dəyişdirilən avtomobildə artıq “Niva”lıq qalmır. Mühərrikin, ötürücü qutunun və ya hansısa detalın dəyişilməsi artıq bu avtomobilin özünün dəyişməsi deməkdir. Konkret olaraq “Niva”nın təyinatı və istifadə edilmə istiqaməti isə tamamilə başqadır. “Niva”da “Mercedes”in və ya digər Avropa maşınının rahatlığını axtarmaq da doğru deyil. Bu avtomobillərin qiymətinin qalxmağı həm də onunla əlaqədardır ki, son zamanlar Rusiyada bu avtomobilin istehsalı davam edir və müəyyən təkmilləşdirmə işləri aparılır. Eyni zamanda qabaq və arxa buferlər də dəyişdirilib. Bu məqam təhlükəsizlik baxımından olduqca önəmlidir. Əvvəllər “VAZ”ın demək olar ki, bütün avtomobillərində arxa və ön buferlər dəmirdən idi. Nəticədə isə avtomobil piyadaya aşağı sürətlə belə toxunan zaman onun qıçını qırırdı. İndi isə “Niva”larda buferlər artıq plastik materialla əvəzlənib ki, bu da müsbət haldır. Bu dəyişikliyə görə də qiymətlər bahalaşıb”.

Image result for Elməddin Muradlı

E. Muradlı bildirib ki, yolsuzluq şəraitində “Niva” bir çox Avropa avtomobillərini geridə qoyur: “4×4 avtomobilləri var ki, Avropa istehsalıdır. Ancaq “Niva” həmin avtomobilləri geridə qoya bilər. Avropa avtomobilləri var ki, onlar ən müasir detallarla belə, o yolu gedə bilmirlər. Əvvəllər avtoxuliqanlar “VAZ 2107″yə üstünlük verirdilər. İndi isə bu avtomobillərin Azərbaycana gətirilməsi dayandırılıb. Düşünürəm ki, təhlükəsizlik baxımından buna qərar verildi və hesab edirəm ki, çox da doğru addım atılıb. Çünki bu avtomobillərdə qəzalar zamanı ölüm halları çox olurdu. Qəzada bəzən görürdün ki, avtomobilin salonunda olan bütün sərnişinlər ölüblər. O baxımdan, bir daha qeyd edirəm ki, dövlətimiz doğru qərar verdi. Həm də son zamanlar ”VAZ” bir qədər səhlənkarlığa yol verib, avtomobilləri ucuz və keyfiyyətsiz detallarla yığırdı. “Niva” ilə avtoxuliqanlıq edənlərin məsələsinə gəlincə isə onu deyim ki, “avtoş”lar üçün bir məhdudiyyət yoxdur. Hətta Avropa avtomobilləri ilə də bunu edənlər var. Ancaq yaxşı haldır ki, son zamanlar qanunlar, cəzalar sərtləşdirildi və nəticədə həbs olunanlar, cəza çəkənlər oldu. Hətta vəzifəli şəxslərin də övladları məsuliyyətə cəlb olundular, ictimai qınaqlar oldu. Bütün bunlar nəticəsiz qalmadı. Bu gün “avtoş”luq edənlərə cəmiyyətdə əl çalanlar çox azdır. Bir zamanlar beşmərtəbə dairəsində “avtoş”lar şou göstərirdilər və insanlar da bunu izləmək üçün uzaq məsafələrdən həmin əraziyə gedirdilər. Hətta yol polisinin maşınının qabağını da kəsirdilər ki, “avtoş”u tuta bilməsinlər. Görünən budur ki, indi belə deyil. Artıq bu kimi hərəkətlər edənləri cəmiyyət sərt şəkildə qınayır. Hər bir halda indi avtoxuliqanlıq edən “Niva”lar da bir dəfə yol polisinin dəftərinə düşdüsə, çox uzağa gedə bilmir. Onlar daim nəzarətdə saxlanılır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda dondurmanın içindən toyuq sümüyü çıxdı (VİDEO)

Next Post

Qərb Azərbaycanla bağlı hansı planı hazırlayır – şok təfərrüatlar

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

Qərb Azərbaycanla bağlı hansı planı hazırlayır - şok təfərrüatlar

15 İyun Milli Qurtuluş Günüdür

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.