"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Niyə dərmanların tərkibi eyni, qiyməti fərqlidir? – ARAŞDIRMA

25 Oktyabr 2018 - 12:37
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Xəstəliklərin baş alıb getdiyi bir dövrdə dərman qiymətlərinin bahalığı əhalinin güzəranını bir az da ağırlaşdırıb.

Tərkibi və göstəriciləri eyni olsa da, qiyməti fərqli olan dərmanların sayı kifayət qədər çoxdur.

Həkim xəstəyə resept yazır, bundan sonra onlar qohumları bir neçə aptek gəzir, dərmanların qiymətini öyrənirlər. Sonra alıcı dərmanların daha ucuz qiymətə satıldığı aptekdən onu alır. Bu da alıcıların həm vaxtını aparır, həm də əsəblərinin gərginləşməsinə səbəb olur.

Elchi.az xəbər verir ki, Səhiyyə Nazirliyindən oxu.az-a bildirilib ki, eyni tərkibli dərmanların müxtəlif qiymətə satılması istehsal olunduğu ölkədən asılıdır:

“Dərmanın istehsalçısı patent hüququ alır. Dərmanın hazırlanması zaman çəkdiyi xərcləri çıxarmaq üçün orijinal dərman vasitəsini həmin istehsalçı istehsal edir. Bütün dünyada proses belədir. Patent hüququ bitdikdən sonra digər istehsalçılar eyni dozada, eyni tərkibdə, eyni formada həmin dərmanın istehsalına başlaya bilərlər. Bizim qiymətə müdaxilə etməyə heç bir hüququmuz yoxdur”.

Səhiyyə Nazirliyinin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” MMC-dən deyiblər ki, bir çox parametrlər dərman vasitələrinin qiymətinin tənzimlənməsinə və müəyyən olunmasına təsir edə bilər:

“Azərbaycan Respublikasında dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən təyin olunduğu üçün həmin proses zamanı məhz hansı amillərin nəzərə alındığını Şura tərəfindən qeyd olunması daha uyğundur”.

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə açıqlamasında qeyd edib ki, eyni tərkibli dərmanlar elə müxtəlif qiymətə satılmalıdır:

“Dərmanın tərkibində təsiredici maddə olur. Həmin dərmana əlavə maddələr də qatıla bilər. Onların hazırlandığı ölkədən asılı olaraq, qiymətlərdə fərqlilik özünü göstərir. Məsələn, aspirin dərmanı Türkiyə, Rusiya, Almaniya və Bolqarıstanda hazırlanır və ölkəmizə marka adları ilə idxal olunur. Tərkibi eyni olsa da, qiymətləri eyni ola bilməz”.

Deputat qeyd edib ki, bir ölkədən gətirilən dərman apteklərdə eyni qiymətə satılmalıdır:

“Qiymət fərqi varsa, bu, qanunun pozulmasıdır”.

Professor Adil Qeybullanın sözlərinə görə, eyni tərkibli dərmanlar müxtəlif ölkələrdə istehsal olunduğu üçün fərqli qiymətə də satılır:

“Avropada istehsal olunan dərman Orta Asiya istehsalından 20 dəfə bahadır. Avropada dərmanlar yüksək texnologiyalarla hazırlanır və keyfiyyətli olur. Bunun üçün də baha qiymətə satılır”.

Dərmanların keyfiyyət parametrlərinə gəldikdə, bu məsələdə problemlərin olduğun deyən Adil Qeybulla bildirib ki, bəzən antibiotiklər təsirsiz olur:

“Onlara Səhiyyə Nazirliyinin müxtəlif laboratoriyaları rəy verməlidir və dərmanlar satışa buraxılmalıdır. Amma laboratoriya müayinəsindən keçməyən dərmanlar da az deyil. Biz dərman bazarında arzuolunmaz vəziyyətlə üz-üzəyik. Dərmanların bəziləri saxtadır.

Avropada istehsal olunan dərmanlar Rusiyada da hazırlanır və müxtəlif ölkərə idxal olunur. Azərbayacan da bu siyahıya daxildir. Vətəndaşın seçimi yanlış olsa da, bu məsələ yalnız onların imkanı daxilində deyil. Dövlət dərman maddələrinin dövlət reyestrini yaratmalıdır. Dərmanların adı yazılmalı və haqqında məlumat verilməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda axtarışda olan şəxs Belarusda saxlanılıb

Next Post

Bolton: “Tramp Azərbaycana yardımı yasaqlayan 907-ci düzəlişi aradan qaldıra bilər”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bolton: “Tramp Azərbaycana yardımı yasaqlayan 907-ci düzəlişi aradan qaldıra bilər”

Bolton: "Tramp Azərbaycana yardımı yasaqlayan 907-ci düzəlişi aradan qaldıra bilər"

2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək

2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.