"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Niyə Qazax yox, Naxçıvan atəşə tutuldu? – Mühüm

02 Aprel 2024 - 13:12
in SİYASƏT
#image_title

#image_title

Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması təxribatların başlanğıcı ola bilər. Son bir neçə gündə erməni qoşunlarının sərhədboyu ərazilərdə cəmlənməsi, hücum silahlarını yerləşdirməsi və mühəndislik işlərini sürətləndirməsi müşahidə edilir. Baş verənlər göstərir ki, erməni qoşunların hərəkətə keçməsi 1 aprel-28 iyun tarixində nəzərdə tutulan hərbi təlimlərlə bağlı deyil. Bunu Ermənistan Müdafiə Nazirliyinin “öz ərazimizdə mühəndislik işləri aparmaq, müdafiəni gücləndirmək suveren hüququmuzdur” açıqlaması da təsdiq edir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Daha öncə də yazmışdıq: aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa Birliyi-ABŞ formatındakı görüş ərəfəsində Qərb qüvvələrinin bölgəyə cəlb edilməsini əsaslandırmaq üçün sərhəddə müəyyən eskalasiyanın yaradılması gözləniləndir.

Bu kontekstdə diqqətçəkən məqamlardan biri AB və ABŞ-ın “Ermənistanın sərhədə qoşun toplamadığı” və “sərhəddə sabitliyin olduğu” haqda israrlı açıqlamalarıdır. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də rəsmi Bakının İrəvanın sərhədə qoşun cəmləməsi haqda bəyanatına istinadən “ritorika Ermənistan-Azərbaycan sərhədində gərginliyə və hərbi əməliyyatlara səbəb ola bilər” açqlamasını verdi. Bu yanaşmalar Ermənistanın təxribatı ilə baş verə biləcək mümkün eskalasiyada Azərbaycanı günahlandıracaqlarından xəbər verir.

Ermənistanın “hücuma məruz qaldığı” görüntüsünün üç məqsədi var:

– Rusiya “hücuma məruz qalan” Ermənistanı müdafiə edə bilmir;

– Ermənistanın təhlükəsizliyi və müdafiəsi məqsədilə bölgəyə Qərb qüvvələrinin cəlb edilməsinə ehtiyac var;

– “Hücum edən tərəf” kimi rəsmi Bakıya təzyiq edəcəklər.

Təxribatın Qazax istiqamətində olması ehtimalı daha güclü idi. Və Paşinyan bundan həm də “kəndləri qaytarmasaq, müharibə olacaq” tezisinin təsdiqi üçün istifadə edə bilərdi. Lakin atəşkəs Qazax yox, Naxçıvan istiqamətində pozuldu. Bu, Azərbaycan Ordusunun irəliləməsi qorxusundan qaynaqlana bilər.

Birincisi, mümkün toqquşmada Azərbaycan ordunu sərhədə bitişik 4 kənd istiqamətində irəliyə çəkə bilər və buna görə Bakını ittiham edə bilməzlər, çünki Paşinyan özü bu kəndlərin Azərbaycana məxsus olduğunu təsdiqləyib;

İkincisi, Azərbaycan Ordusu 4 kənd istiqamətində irəliləyəcəyi təqdirdə “Ermənistan ərazisinə hücum edir” iddiasını irəli sürə bilməyəcəklər: İrəvana və sərhəddə eskalasiya üzərindən bölgə ilə bağlı planlar quranlara “Ermənistana hücum edilir” görüntüsü yaratmaq lazımdır. Ki, atəşkəsin Naxçıvan istiqamətində pozulmasının da bundan qaynaqlandığını hesab etmək olar.

Asif Nərimanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu ölkənin XİN başçısı Bakıya gəldi, Bayramov qarşıladı

Next Post

Məhkəmədən Tofiq Yaqublu barədə qərar

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Məhkəmədən Tofiq Yaqublu barədə qərar

Məhkəmədən Tofiq Yaqublu barədə qərar

İsrailin cinayəti cavabsız qalmayacaq – Rəisi

İsrailin cinayəti cavabsız qalmayacaq - Rəisi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.