"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Niyə Rusiyaya ermənipərəst deyən müxalifət Amerikaya demir?

19 Sentyabr 2022 - 15:36
in MÖVQE

“Atalar deyir ki, bu daş, bu tərəzi. Mənə deyirlər ki, müxalifəti çox tənqid edirsən. Düz deyirlər. Ancaq mən neyləyim ki, müxalifət tərəziyə barmaq edir, həqiqəti təhrif edir, yalan danışr…”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bunu jurnlist Elbəyi Həsənli FB hesabında qeyd edib:

“Mən soruşuram: Bizim müxalifət Rusiyanı niyə söyür? Arqument budur ki, Rusiya ermənipərəstdir, ermənilərin yanındadır, torpağımıza soxulub. Keçmiş Dağlıq Qarabağda yaşayan erməniləri üstümüzə qaldırır, onların Azərbaycana tabe olmasına imkan vermir və.s. Düzmü deyilər. Düz deyirlər. Mən də bunu deyirəmmi? Deyirəm. Özü də ən sərt şəkildə. Rusiyadan bizə xeyir gəlsə, Allahdan bəla gələr…
Başqa bir sualım da var: Ermənistan Azərbaycan münaqişəsində ABŞ kimin yanındadır? Birmənalı olaraq Ermənistanın. Amerika da Rusiya kimi ermənipərəstdir, özü də bir baş yuxarı həddə. Amerika Dağlıq Qarabağda yaşayan ermənilər üstümüzə qaldırırmı? Qaldırır. Onların Azərbaycana tabe olmasına imkan verirmi? Vermir. Yəni Amerikadan Azərbaycana xeyir gəlsə, Allahdan bəla gələr…
Keçirəm İrana. İran da Rusiya və ABŞ kimi ermənilərin yanındadırmı? Yanındadır. Hal-hazırda sərhəddə qoşun yığıblar ki, Azərbaycan Zəngəzur mahalını ələ keçirsə, hərbi müdaxilədə yubanmayaq.
Avropa Birliyi kimin yanındadır? Mən İsveçrədən yaşayıram. Burada 100 adamdan soruşsan ki, Ermənistan-Azərbaycan qarşıdurmasında kim haqlıdır? 99 nəfər deyəcək ki, ermənilər.
Yəni real vəziyyət belədir. Məntiqlə ermənilərə dəstək verdiyinə görə Rusiyaya qarşı olan Azərbaycan müxalifəti eyni arqumentə görə ABŞ, İran və Avropa Birliyinə də qarşı olmalıdır. Qarşıdırmı? Yox…
Diqqət edən: erməni məsələsində Azərbaycana qarşı çıxıan qüvvələrin Türkiyə ilə də münasibətləri gərgindir. Nisbətən Rusiyanınkı yaxşıdır. Hazırkı zəif Rusiya bir az güclənsə yenə Türkiyəyə qarşı düşmən mövqeydə olacaq…
Bizim müxalifət ortada olan bu reallıqları nəzərə almır. Sirr deyil ki, Rusiya, İran, xüsusən ABŞ-ın yanında yer alan müxalif partiyalarımız var. Yəni Azərbaycanın dövlət və milli maraqları qalıb bir tərəfdə, bunlar sığındıqları və maliyyə dəstəyi aldıqları ölkənin maraqlarından çıxış edir. Problemin kökü budur…
Mən nəyisə səhv yazdımsa, lütfən, deyin. Mən hamını müzakirəyə dəvət edirəm. Arqumentlə, faktla danışaq.
ABŞ Rusiya məsələsi ilə bağlı bir faktı deyim. Rusiya ATƏT-ın Minsk Qrupundan imtina edib. ABŞ və Fransa isə Ermənistana siyasi dəstək vermək üçün yaranmış bu qurumu xortdatmaq istəyirlər. Niyəsini yüz dəfə yazmışam. Çünki Dağlıq Qarabağa status tələb edirlər. Bu məsələdə Azərbaycan Rusiyanın mövqeyindən yararlanır. Və düz eləyir.
Başqa bir məqam: ABŞ Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılmasını arzulayır. Biz Azərbaycan olaraq bu məqamdan Rusiya qonşunlarının Dağlıq Qarabağdan çıxarılması üçün istifadə etməliyik. Yəni biz böyük dövlətlər arasında olan ziddiyətlərdən yararlanmağı bacarmalıyıq. Siyasət budur.
Bizim müxalifət də dövlətçi və milli mövqeydə olmalıdır. Təbii ki, nə Azərbaycan iqtidarı, nə də müxalifəti Ruiya, ABŞ, Iran və Avropa Birliyinə arxa çevirməli deyil. Qapını həmişə açıq saxlamaq lazımdır. Bizim də əlimizdə ciddi kozrlar var. Xüsusən Qərb üçün taleyüklü olan enerji daşıyıcıları ilə bağlı. Həmin üstünlüklərdən ağılı şəkildə yararlanmalıyıq…”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev BP-nin regional prezidentini təltif etdi

Next Post

Prezident onları təltif etdi – Sərəncam

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
İlham Əliyev bir sərəncam, bir fərman imzaladı

Prezident onları təltif etdi - Sərəncam

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.