"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Niyaməddin ORDUXANLI: “Avropa oyunları idman tarixinə qızıl hərflərlə düşəcək”

05 Aprel 2015 - 14:20
in MANŞET

siaphoto_468447-300x3002-300x300Əli Kərimli nəinki diktator, həm də bolşevikdir!

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

AİM.AZ-ın budəfəki müsahibi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi ve ictimai məsələlər üzrə müavini Niyaməddin ORDUXANLIDIR.

– Niyaməddin bəy, Bakıda keçiriləcək Birinci Avropa oyunlarına cəmiyyətin münasibəti birmənalı deyil. Fikirlər müxtəlifdir. Sizin qənaətinizcə, bu oyunlar Azərbaycana divident gətirəcəkmi?

– İlk Avropa oyunlarının Azərbaycanda keçirilməsi tarixi bir hadisədir. Təbii ki, bu idman hadisəsinin ölkəmizdə reallaşması olduqca müsbət addımdır. Ən azı ona görə ki, Avropada və bütün dünyada yaşayan milyonlara insan bu möhtəşəm yarışmanı izləyəcək və Vətənimizlə yaxından tanış olmaq imkanı qazanacaq. Bu mənada Birinci Avropa oyunlarını düynada bir daha tanınmağımız üçün əla fürsət kimi, çox yüksək dəyərləndirirəm. Əlbəttə, Azərbaycan bundan yaxşı mənada müsbət dividentlər əldə edəcək. Bunun nəyi pis ola bilər! Gəlin baxaq görək bu gün kimlər Avropa oyunlarının Azərbaycanda keçirilməsinə qarşı çıxır? Əlbəttə, ilk növbədə düşmənimiz Ermənistan və onun riyakar lobbisi. Onlar bu yarışları baykot etmək məqsədilə bütün imkanlarını səfərbər ediblər. Təəssüf ki, ermənilərə qoşulan bir sıra beynəlxalq təşkilatlar da bundan bəhrələnir, əleyhimizə gecə-gündüz təbliğat aparır. Bu təşkilatların erməni lobbisinin təsiri altında olması heç bir şübhə doğurmur. Əlbəttə, bütün bunları hardasa başa düşmək, anlamaq olar, amma bu prosesdə Azərbaycanın daxilində olan bəzi siyasi təşkilat və şəxslərin yer alması nəinki başadüşülən deyil, həm də birbaşa xalqa xəyanətdir. Onların fəaliyyətini izlədikdə bir sıra vacib məqamlara aydınlıq gətirmək mümkündür. Belə ki, bu adamların Azərbaycanı istəməyən müəyyən təşkilatlatlar tərəfindən təlimatlandırılması və müvafiq istiqamətdə həmin təlimata uyğun olaraq fəaliyyət göstərməsi acıq şəkildə təsdiqini tapır. Sosial şəbəkələrdə, özəl mətbuat orqanlarında mövqelərini birbaşa ifadə edən bu adamar məqsədli şəkildə ideoloji təxribat törədir, ictimai rəyə təsir göstərməyə çalışırlar. Lakin belələri öz məqsədlərinə çata bilməyəcəklər. Birinci Avropa oyunları dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq.

BAXCP yenilikçi bir partiyadır

– BAXCP ölkənin ictimai-siyasi həyatında təmsilçisi olduğunuz düşərgənin mövqeyini ifadə edə bilirmi?

– Azərbaycan siyasətində BAXCP yenilikçi bir partiyadır. İlk dəfə olaraq 2001-ci ildə Qüdrət Həsənquliyev siyasətə konstruktiv müxalifətçilik kansepsyasını gətirdi. Özü də Qüdrət bəy bunu Əbülfəz Elçibəyin Xalq Cəbhəsi Partiyasını birləşdirərərək həyata keçirtdi. Elə məhz buna görə də Əbülfəz Elçibəyin sağlığında AXCP-nin üzvü olan insanların tam böyük əksəriyyəti bu gün BAXCP-də təmsil olunur və Qüdrət Həsənquliyevin sədrliyi altında fəaliyyət göstərir. Əgər BAXCP-nin rəhbər heyətinə nəzər yetirsəz, bunu aydın görə bilərsiniz. Onu da deyim ki, Əbülfəz bəy dünyasını dəyişdikdən sonra bir nəfər də olsun Əli Kərimlinin yanında qalmayıb. AXCP Rəyasət Heyətinin 19 nəfər üzvü, Əbülfəz bəyin yaxın silahdaşları da Əli Kərimli ilə eyni düşərgəni bölüşməkdən imtina ediblər.

BAXCP ictimai rəyə təsir etmək iqtidarına malikdir

– Digər müxalifət partiyaları ilə müqayisədə Sizin partiya daha sabitqədəm və mobil bir güc kimi çıxış edir. Bu vəhdətin arxasında hansı mühüm amillər dayanır? Bu amilləri şərtləndirən əsas cəhətləri necə xarakterizə edərdiniz?

– BAXCP-ni 60-dək rayon təşkilatı, minlərlə insan, 41 dairə seçki məntəqəsində 3000-ə yaxın nümayəndə, yüzlərlə bələdiyyə üzvü, hörmətli ziyalılar təmsil edir. BAXCP-nin rəhbər heyəti – Vaqif Abışov, Zöhrab Abdullayev, Telman Siyabov, Yaşar Kələntərli, Yeganə Mehdibəyli, Dünyamalı İmaməliyev, Elçin Mirzəbəyli, Bünyamin Qənbərli, Arzu Şirinova, Cavanşır Həsənli, Mahir Zeynalov, Teyyub Qəni, Hüseynağa Qəniyev, Bəhruz Cabbarlı, Faiq İsmayilov, Yeganə Dilbazi, o cümlədən rayon şöbələrinin liderləri ictimai rəyə təsir etmək iqtidarına malik ziyalılardır. Bu adamaların hər birinin ən azı 20 illik zəngin siyasi təcrübəsi var. Böyük əksəriyyəti Milli Azadlıq Hərəkatının iştirakçısıdır. BAXCP sədri Qüdrət Həsənquliyevin də hərəkatcı olması və Əbülfəz Elçibəyin müşaviri kimi fəaliyyət göstərməsi, xüsusilə, zəngin siyasi təcrübəsi, demokratik düşüncə tərzi BAXCP-nin mobil bir təşkilat kimi fəaliyyət göstərməsini təmin edir. Partiyamızın daha sabitqədəm və mobil bir güc kimi çıxış etməsinin əsas səbəbi də məhz budur…

Əli Kərimli nəinki diktator, həm də bolşevikdir!
– AXCP-dən qopanlar Əli Kərimlini diktator kimi xarakterizə edirlər. Bu günlərdə Razi Nurullayevin AİM.AZ-a verdiyi müsahibəsində dedikləri ciddi narahatlıq doğurur. Üstəlik, bu mövzu ətrafında müzakirələr kəskin şəkil alıb. Bəs bu olaylara sizin Partiyanın münasibəti necədir? Baş verənlər düşərgənizdən necə görünür?

– Əli Kərimli nəinki diktator, həm də bolşevikdir! Kimsənin buna şübhəsi olmasın. Bu adam Əbülfəz Elçibəyə xəyanət etdi! Ümumiyyətlə, Əli Kərimli kimlərə xəyanət etməyib ki?! Yüzlərlə insan xəyanətə görə Əli Kərimlinın düşərgəsindən istefa verib. Bu qədər insan pis oldu, Əli Kərimli yaxşı?! Artıq bu gün Əli Kərimlininin yanında 5-10 təcrübəsiz gənc qalıb. Siyasi cəhətdən təcrübəli insanlar Əli Kərimlinin yanında olmaq istəmirlər. Müəyyən adamlar isə Əli Kərimlinin partiyasını sadəcə məqsədli şəkildə seçirlər. Məsələn, Natiq Ədliov kimi. Bu adam qəsdən özünü radikal müxalifətçi kimi göstərirdi ki, sonradan Fransada yaşamaq hüququ qazana bilsin…
Əli Kərimlini xaricdə yaşamaq imkanı əldə etmək üçün “seçirlər”

Əli Kərimlini  xaricdə yaşamaq imkanı əldə etmək üçün “seçirlər”

– Belə çıxır ki, AXCP müxalifət partiyası kimi nəinki öz siyasi missiyasını yerinə yetirı bilmir, həm də ayrı-ayrı adamların şəxsi mənafelərinə xidmət edir. Yəni, bəziləri bu partiyanın sıralarına sadəcə ona görə qoşulurlar ki, xarici ölkələrdən sığınacaq ala bilsinlər…

– Tamamilə doğrudur. Bəziləri bu gün Əli Kərimlini birbaşa ona görə “seçir” və mitinqlərdə şəkil çəkdirirlər ki, tezliklə xaricdə yaşamaq imkanı əldə etsinlər. Ən asan yol budur. Guya onlara qarşı siyasi təzyiqlər var. Ona görə də öz ölkələrində yaşaya bilməzlər. Bilirsiniz ki, xaric ölələrdə viza müdəti bitdikdən sonra əcnəbi vətəndaşlar dərhal deportasiya olunurlar. Bu adamları isə nəinki deportasiya etmirlər, əksinə, hətta onların ailələrinə və övladlarına da yüksək güzəştlər və təminatlar tətbiq edilir.

Fuad Qəhrəmanlı yalan danışdı

– Bir partiya daxilində öz mövqeyini bölüşə bilməyənlərin xalqın etimadını qazanmaq və iqtidara gəlmək istəyi səmimi təsir bağışlamır. Sizin fikrinizcə, bu problemin əsasında nə dayanır: lidersizlikmi, ideyasızlıqmı və s.

– Radikal müxalifət Azərbaycan cəmiyyətində çox zəif mövqeyə malıkdır. Xalq son illər kifayət qədər siyasiləşib və kimin avantürst olduğunu, nə məqsədlə fəaliyyət göstərdiyini yaxşı bilir. Niyə Cəmil Həsənlinin və ya Əli Kərimlinin çağırışı ilə mitinqə on minlərlə insan gəlmir?! Baxın, onun sonuncu mitinqinə manatın devalivasiyasından zərər çəkən neçə insan, neçə iş adamı, neçə sahibkar qatıldı və çixib Əli Kərimlinin yanından səsini ucaltdı? Heç bir nəfər də onun çağırışına səs vermədi. Yenə Əbülfəz Qrubanlı qışqıra–qışqıra mitinq apardı, Gültəkin Hacıbəyli eyni cümləni 10 dəfə fərqli formalarda səsləndirdi. Fuad Qəhrəmanlı isə Azərbaycan cəmiyyətinə növbəti dəfə yalan söylədi. Guya mitinqə on min adam gəlib. Bununla da, özlərini ifşa etmiş oldular. Şüurlu insanlar isə onların neçə saxtakar olduğunu bir daha gördülər…

Əbülfəz Elçibəy sağ olsaydı, Əli Kərimlini  partiyadan dərhal xaric edərdi

– 5 aprel mitinqi cəmiyyətin özünüifadə təlabatıdırmı, yoxsa sadəcə bir qrup adamın etirazı? Bu mitinqin statusunu sosial sifariş kimi dəyərləndirmək olarmı?

– Əlbəttə, yox. Görün nə vəziyyətə düşüblər ki, dünən facabook.com saytında Fuad Qəhrəmanlı 5 aprel mitinqinə Azərbaycanın dindar kəsimini dəvət edib. Bu adamlar o qədər cılızlaşıblar ki, dini siyasətə cəlb etmək istəyirlər. Həmin müraciəti mən mətbuatdan oxdum. Acıq-aşkar görünür ki, bunu elə birbaşa Əli Kərimlinin özü yazıb və Fuad Qəhrəmanlının adı ilə yayıb. Guya bu siyasət işlədir. Kimsə sabah irad bildirməsin ki, sən dini siyasətə gətirmək istəyirsən. Azərbayacan dünyəvi ölkədir. Düşünürəm ki, Əbülfəz Elçibəy sağ olsaydı, Əli Kərimlini bu cür mövqeyinə görə partiyadan dərhal xaric edərdi. Bu, birmənal şəkildə belə olardı. Heç kimin mənəvi haqqı yoxdur ki, dini siyasətə qoşsun. Yaxın zamanlarda baş verən hadisələrə diqqət edin. Görün ərəb ölkələrində insan vəhşiliyini törədən, adamları diri-diri  yandıran, onların başını kəsən “dindarlar” və onların himayədarlarıdır. Bu o dairələrdir ki, Avropada, Qərbdə islamafobiyanı yayırlar. Əli Kərimlinin də  bu cür addım atması artıq onun necə rəzil günə düşdüyünü göstərir…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Küləkli hava şəraiti sabah da davam edəcək

Next Post

Dünyada nəqliyyat tıxaclarının ən çox yarandığı ölkələr açıqlanıb – SİYAHI

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Dünyada nəqliyyat tıxaclarının ən çox yarandığı ölkələr açıqlanıb - SİYAHI

Ermənilər atəşkəs rejimini minaatan və iriçaplı pulemyotlarla pozublar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.