Qarabağ qazisinin özünü öldürməsi rayonu bir-birinə qatıb
başçısı Nizaməddin Quliyev tərəfindən verilib:
başçısı ilə görüşə göndərib. İcra başçısı Nizaməddin Quliyevlə görüşən Bəxtiyar onlarda bu qədər pulun olmadığını deyib. Lakin icra
başçısı onu təhqir edərək otaqdan qovub. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Bəxtiyar isə başçıya bildirib ki, onun bu hərəkətlərinin müqabilində intihar edəcək. Başçı isə buna məhəl qoymayaraq «nə istəyirsən elə, get özünü öldür, bunun mənə heç bir dəxli yoxdur» deyib. Nəticədə Qarabağ qazisi olan Bəxtiyar canından bezərək özünü binanın 5-ci mərtəbəsindən ataraq öldürüb. Qazinin canına qəsd etməsi bütün rayonu bir-birinə vurub. Son iki gündür Goranboyda gərginlik səngimək bilmir. İcra başçısı açıq-aşkar şəkildə Qarabağ qazisini intihara sürükləyib. Yerli əhali yaranmış vəziyyətə biganə qalmaq fikrində deyil. Camaat israrla icra başçısının dəyişdirilməsini istəyir». Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, özünü öldürən Bəxtiyar adlı şəxs Goranboy rayon 3 saylı orta məktəbin keçmiş direktoru Nüşabə Əhmədovanın qardaşıdır. Xatırladaq ki, Nüşabə Əhmədova ilə icra başçısı Nizaməddin Quliyevin arasında bir müddət əvvəl intriqa yaşanmış və məktəb rəhbəri həbs olunmuşdu. Keçmiş direktor mətbuata açıqlamasında icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin təhsil şöbəsinin müdiri İlham Hüseynova verdiyi göstəriş əsasında işdən çıxarıldığını demişdi: «Səbəb də odur ki, icra başçısı məni bu vəzifədə görmək istəmir. Mənimlə nəyin ədavətini çəkir bilmirəm, təhsil şöbəsinin müdiri də onun dediyini icra edir». Qeyd edək ki, iki ilə yaxın müddətdə həbsdə yatan Nüşabə Əhmədova ötən ilin dekabr ayının 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxıldı. Apardığımız araşdırmalar göstərir ki, Nizaməddin Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunandan sonra rayonda vəzifəli şəxslərin özünü öldürməsi, yəni intihar halları sanki adiləşib. Məsələn, Goranboy rayonunun sabiq baş həkimi Faiq Abdullayev 2011-ci il 4 mart, saat 20 radələrində intihar edib. Sabiq baş həkim özünü xəstəxananın 3-cü mərtəbəsindən ataraq öldürüb. Keçmiş baş həkim ölümündə təqsikar kimi göstərilən şəxslərdən biri də icra başçısı idi. Belə ki, mərhumun həyat yoldaşı Gülnarə Abdullayeva mətbuata açıqlamasında bu hadisəni intihar kimi qəbul etmədiyini söyləyib: «Faiqi öldürüblər. Guya ki, özünü 3-cü mərtəbədən atıb. Həmin yerin altı betondur, üstünü mamır, torpaq örtüb. Bu adam özünü aşağı atıbsa, niyə başında, qolunda, qıçında bir sınıq yoxdur? Üzündə nə bir dənə sıyıq var, nə cızıq, nə bir qan izi. Nə şalvarında, paltarında torpaq, qan var. Qolundakı saat niyə qırılmayıb? Heç olmasa üst-başında palçıq olardı da. Onu boynundan sıxıb öldürüblər. Üzü qibləyə də uzadıblar.
başçısının istintaqda dindirilməsi haqda xəbərlərin yayılmasına baxmayaraq, sonradan bu məsələ hansısa yollarla ört-basdır edildi. Amma rayonda ümumi ab-hava yenə də düzəlmədi. Ötən ilin dekabr ayında rayonda növbəti intihar hadisəsi qeydə alındı. Bu dəfə canına qəsd edən şəxs Goranboy rayon Dəlməmmədli şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbinin direktoru Məmişov Yolçu Məmiş oğlu oldu. O özünü güllələyib öldürdü. İddialara görə, direktorun külli miqdarda borcu olub və onun borclanmasına rayon rəhbərliyinin yerli-yersiz istəkləri, o cümlədən direktorun təmir-tikinti işlərinə cəlb edilməsi səbəb olub. Göründüyü kimi, Nizaməddin Quliyev rayona rəhbər təyin olunandan indiyə qədər saysız-hesabsız intihar hadisələri qeydə alınıb. Başqa sözlə desək, Goranboy getdikcə intihar rayonuna çevrilməkdədir. Görəsən, əlaqədar dövlət qurumlarının rəsmiləri niyə hələ də susurlar? Qarabağ qazisinin intiharı ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Uşaq İncəsənət Məktəbinin direktoru Afaq Axundovadan 5000 manat istəməkdə ittiham olunan birinci müavin Baxış Abdullayevi yerində tapa bilməsək də, Nizaməddin Quliyevin digər müavini Rafət Qurbanovla danışdıq. O qazinin özünü öldürməsi faktını təsdiq etdi və hadisə ilə bağlı cinayət işinin açıldığını, istintaqın getdiyini bildirdi: «Bu haqda başqa heç nə deyə bilmərəm». Maraqlıdır, görəsən niyə bu intiharların hamısında Nizaməddin Quliyevin adı hallanır? Bu haqda gələn saylarımızda əlavə məlumat verəcəyik. Bizi izləyin.



