“Qazprom eksport” “Azərbaycan Metanol Şirkəti” (AzMeCo) ilə saziş bağlayıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sazişə əsasən, “Qazprom eksport” ildə AzMeCo-ya 2 milyard kubmetr qaz satacaq.
Müqavilə Rusiya şirkətinin rəhbəri Elena Burmistrova ilə AzMeCo-nun direktorlar şurasının sədri Nizami Piriyev arasında imzalanıb.



