Norveçli politoloq Qlen Disen deyir ki, Moskva Ukraynanın NATO-ya daxil olması probleminin həllini Xarkovdan Odessaya qədər ərazinin azad edilməsində görür. Elchi.az xəbər verir ki, bu barədə “Mysl Polska” yazır.
Onun sözlərinə görə, Rusiya xüsusi hərbi əməliyyat başlamazdan əvvəl də Ukraynadan neytral status tələb edib. Eyni zamanda, ərazi tələblərindən söhbət getmir.
“Ancaq indi Rusiya hesab edir ki, ərazinin genişləndirilməsi NATO-nun bütün Ukraynaya nəzarət etməsinə mane olmaq üçün yeganə yoldur”, – nəşr alyansla mübarizə yolu haqqında yazır.
Disen qeyd edib ki, Şimali Atlantika Alyansı münaqişə bitdikdən sonra Ukraynanı birliyə qəbul edəcəyinə söz verib. O əlavə edib ki, guya Kreml bu ekzistensial təhlükəyə ərazi alımları ilə cavab vermək niyyətindədir.
Havar Şəfiyeva






