Norveçin Silahlı Qüvvələri Rusiyaya məxsus MiQ-31 qırıcısının Norveçin F-16 qırıcısının lap yaxınından uçmasının görüntülərini yayıb. Musavat.com xəbər verir ki,
video “The Wall Street Journal”ın saytında yerləşdirilib.
video “The Wall Street Journal”ın saytında yerləşdirilib.Videodan görünür ki, NATO-nun Norveçin şimalında beynəlxalq hava məkanında Rusiya təyyarələrini tutmaq üçün yolladığı iki qırıcıdan biri Rusiyaya məxsus MiQ-31-lə toqquşmadan şans sayəsində xilas olur.
Norveç qırıcısının pilotu “Lənət şeytana” deyir və təxminən 20 metrliyindən keçən MiQ-31-dən yayınır.
Norveç Silahlı Qüvvələrinin nümayəndəsi bildirib ki, hadisənin rusların təcavüzkar davranışı, yoxsa səhvi olduğu hələlik məlum deyil.
(Musavat.com)



