Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla 9 ölkənin könüllü olaraq neft hasilatını azaltmaq qərarına gəldiyini qeyd edən Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-dövlətlərdən ibarət OPEC+ qrupuna daxil olan digər ölkələrin OPEC-in istehsalçı ölkələri də bu istiqamətdə qərar verə bilər.
Elchi.az xəbər verir ki, Novak Rusiyanın “Rossiya-24” dövlət kanalına verdiyi açıqlamada, Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla 9 ölkənin könüllü olaraq neft hasilatını azaltmaq qərarına gəldiyini bildirib.
OPEC+ qrupunda 23 ölkənin olduğuna diqqət çəkən Novak deyib:
“Bugünkü görüşlərimizdə digər ölkələrin bazarı sabitləşdirmək üçün lazım bildikləri təqdirdə könüllü olaraq neft hasilatını azaltmağa qərar verə biləcəklərini qiymətləndirdik”.
Dünən Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər gündəlik neft hasilatını 500 min barel azaldacağı xəbəri yayılıb. İraq 211 min barel, Birləşmiş Ərəb Əmirlikləri 144 min, Küveyt 128 min, Qazaxıstan 78 min, Əlcəzair 48 min, Oman 40 min və Qabon 8 min barel azaldacağını açıqlayıb.
Bu inkişaflarla OPEC+ ölkələri may ayından etibarən gündəlik hasilatın indiki 2 milyon barrel azaldılmasına əlavə olaraq gündəlik təxminən 1,6 milyon barel azaldacaq.
Cümə günü 79,89 dollarla tamamlayan Brent markalı neftin bir barel qiyməti bu gün saat 14.30-a olan bağlanış tarixi ilə müqayisədə 6.3 faiz artaraq 84.91 dollar olub.
Yeganə






