Rusiya Baş nazirin müavini Aleksandr Novak xəstəliyi səbəbindən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) tədbirlərində iştirak etməyəcək.
Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir ki, bu barədə mətbuata onun nümayəndəsi məlumat verib.
Novakın səhhətinin vəziyyəti ilə bağlı təfərrüatlar isə verilmir. Qeyd edək ki, o, “21-ci əsrin enerjisi: müasir dövrün çağırışları – gələcək üçün imkanlar” sessiyasında iştirak etməli idi.
Yeganə




