Növbəti dopinq problemi – İslamiada medalı əlindən alındı

 

Bunu da oxuyun

>

Bakıda keçirilən IV İslam həmrəyliyi Oyunlarının mükafatçısı Muhammad Şehzad Axtar dopinq problemi ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, ölkəmizdə 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada üçüncü olan pakistanlı sərt sanksiyaya məruz qalıb.

Pakistanın Milli Antidopinq Komissiyası orqanizmində dopinq tapdığı idmançını 4 illik yarışlardan kənarlaşdırıb. O, qadağan olunmuş 2 preparatı qəbul etməkdə günahlandırılır. İdmançı həm də İslamiadada qazandığı bürünc medaldan məhrum olub.

Lakin snayper idmançı apelyasiya vermək hüququna malikdi.

Qeyd edək ki, Axtarın 3-cü olduğu növdə Ruslan Lunyov çempion titulunu qazanıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728