Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu 20 min manat məbləğində cərimələnə bilər.
Bu barədə virtualaz.org-a N.Cəfəroğlu özü məlumat verib.
Onun sözlərinə görə, Vergilər Nazirliyindən hüquq müdafiəçisinə irad tutublar ki, onun rəhbərlik etdiyi Qadınları Müdafiə Cəmiyyəti 2011-ci ildə qrant alarkən Ədliyyə Nazirliyindən qrantlarla bağlı müfafiq arayış almayıb.
N.Cəfəroğlu deyir ki, əslində onlar 2011-ci ildə o cür arayış verməyə məsul deyildilər. Çünki o vaxt qanunda bu barədə heç bir tələb yox idi və haqqında söhbət gedən maddə qanuna 2014-cü ildə salınıb.




