Azərbaycan Respublikası Müdafiə Nazirliyinin razılıq məktubuna əsasən və “Xocalı Soyqırımını Tanıtma” və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliklərinin təşkilatçılığı ilə Novruz bayramı cəbhə bölgələrindən birində, “N” saylı hərbi hissədə qeyd olunacaq. Həmişə olduğu kimi, hər iki Təşkilatın rəhbərləri- Şamil Sabiroğlu, Mahirə xanım Əsədova, tərəfdaş təşkilatların nümayəndələri- “Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri,II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, “Qürur” Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri, Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Səfiyar Behbudovun bacısı Naibə xanım Behbudova, “Sosial Rifah və Tədqiqatlar” ictimai birliyinin sədri, “fact-info.az” saytının baş redaktoru, tanınmış araşdırmaçı-jurnalist Əkrəm Bəydəmirli, “Ana harayı” qəzetinin baş redaktor müavinləri- şairlər Vaqif Nəcəfzadə və Dilbər Sultan, 20 Yanvar Cəmiyyəti sədrinin I müavini, ömrünün 27 ilini sərhədçi peşəsinə həsr etmiş Mustafa Əliyev,aşıq Azər Mustafayev,istedadlı müğənnilər Ulduzə Qədirova, Zeynəb Məmmədzadə və başqaları var.Tədbirin aparıcıları-şair-bəstəkar Elşən Sabiroğlu və müğənni Zeynəb Məmmədzadədir.
Zabit və əsgərlər, Bakıdan gələn qonaqlarla birgə tonqal ətrafında “Yallı”rəqsini ifa edəcəklər.
Şamilə Şamilqızı



