"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Novruzla bağlı daha bir etiraz: bu dəfə hədəf Bahar qızıdır

20 Fevral 2015 - 12:28
in MARAQLI

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Novruz bayramında Bahar qızı obrazının təqdim edilməsi düzgün deyil. Bahar qızı sovet dövründə yaradılmış obrazdır.

Novruzla bağlı daha bir etirazBunu “Trend”-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

Alimin sözlərinə görə, Bahar qızı Yeni il şənliyindəki Qar qızın prototipi olaraq yaradılıb.

A.Əhmədli qeyd edib ki, Baharın zərif qadına bənzədilməsinin əleyhinə olmasalar da, onu arxaik mədəniyyətdə olduğu şəkildə – Yaz xanım, yəni Günəşin qızı kimi görmək istəyirlər. Çünki arxaik mədəniyyətdə Yaz xanımla, eləcə də dünyanın yenidən doğulmasının qadın obrazında verilməsi ilə bağlı mifoloji düşüncələr var: “Bu məsələdə bizim etirazımız Bahar qızı obrazının süni, dekorativ, bayağı formada olmasınadır. Yeni il şənliyində Qar qız olan kimi Novruz bayramında da sanki Bahar qızı mütləq olmalıdır. Bahar qızının hər halda öz kökümüzlə bağlı olması daha yaxşı olardı”.

Onun sözlərinə görə, mifologiyada Yaz xanımın olması Azərbaycan yazıçısı Mirzə İbrahimovun yazdığı xatirələrdə də öz təsdiqini tapır: “Mirzə İbrahimov yazıb ki, rəhmətlik anam mənə: “Yeraltı dünyanın padşahı Yaz xanımı anası Günəşdən oğurlayır. Yaz xanıma yalnız yazda icazə verərdi ki, torpağın səthində buğlanma gedən zaman bir dəfə anası Günəşlə görüşsün”, – deyərdi””.

A.Əhmədli bildirib ki, sovet dövründə Novruz bayramının yalnız estetik tərəfi, insanlara xoş əhvali-ruhiyyə gətirən bayram tərəfi tədqiq edilib. Ancaq bu bayramın çox ciddi mifoloji düşüncələri, Novruz bayramının yerləşdiyimiz coğrafi ərazi, astronomiya, tarix, digər elm sahələri ilə əlaqəli şəkildə öyrənilməsi geniş şəkildə həyata keçirilməyib.

Novruz bayramının türk mədəniyyətinə məxsus olduğunu deyən alimin sözlərinə görə, bu, zərdüştlükdən də çox-çox əvvəlki mədəniyyətdir: “Novruz bayramı türk mədəniyyətinə məxsusdur. Tarixə baxsaq, görərik ki, bu mədəniyyət zərdüştlükdən də qat-qat əvvəlki mədəniyyətdir, onun zərdüştlük dövründə İrana keçməsi faktı var. Zərdüşt bizim eramızdan əvvəl 7-ci əsrdə Daranın dövründə təliminə görə öz vətənindən – Uzaq Baykal sahillərindən qovulmuşdu. Zərdüşt milli mənsubiyyətinə görə türkdür, onu farslar himayə ediblər, təlimini qəbul ediblər. Odun ilahi qüvvəyə qaldırılması məsələsi də zərdüştlük dövründəndir. İranda bu bayramın yayılması məhz zərdüştlük təlimi ilə bağlıdır”.

A.Əhmədli deyib ki, şimal yarımkürəsində yaşayan xalqlar təbiətin oyanışını, cənub yarımkürəsində yaşayan xalqlar isə təbiətin ölməsini qeyd ediblər. Lakin təbiətin oyanışı bayramı şimal yarımkürəsində yaşayan xalqlarda müxtəlif adlarla və fərqli günlərdə keçirilib.

Alimin sözlərinə görə, odun üstündən tullanan zaman deyilən söz də sonradan nitqdə dəyişikliyə uğrayıb. Çox insan odun üstündən tullanan zaman “ağırlığım, uğurluğum səndə qalsın” deyir, amma bu ifadə “ağırlığım səndə, uğurun məndə, sarılığım səndə, qırmızılığın məndə” kimi deyilməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda ər keçmiş arvadını zorladı

Next Post

Qadın məsləhətxanasında müəmmalı ölüm

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Qadın məsləhətxanasında müəmmalı ölüm

Putin arvadını döyürmüş?

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.