"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Nüfuzlu rəqiblə yarışmaq lazımdır”-Qüdrət Həsənquliyev

23 Dekabr 2023 - 09:33
in Cebhe-banner, MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri  millət vəkli Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, Qərbin vaxtilə ilahiləşdirdiyi Əli Kərimlidən imtina edib “öz uşaqlarını” onun üstünə salıb onu müxalifət olmamaqda, KQB agenti olmasında suçlaması, Tofiq Yaqublunun qızının timsalında yeni lider tapması nə ilə əlaqədardır?

-Qərbdə Azərbaycana daha çox maraq göstərən ermənipərəst dairələr Azərbaycandan getmiş, yaxud ölkə daxilində fəaliyyət göstərən uğursuz adamlardan ölkəmizə qarşı daima istifadə ediblər. Qərb heç vaxt onların səmimi tərəfdaşı olmayıb. Həm də ona görə ki,onlar tərəfdaş olmağa layiq deyillər. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Qərbdəki ermənipərəst dairələr çox qəzəblidirlər və Azərbaycanda qan tökülməsini istəyirlər. Bu işdə də kotalizator rolunu Əli Kərimli oynamalı idi. Onlar gecə-gündüz internet TV-lərdən üsyana, inqilaba çağırış edir,küçələrdə barrikadalar qurulmasını istəyirlər. Əli Kərimli isə görür ki, ölkədə inqilabi şərait yoxdur, hərə öz iş-gücündədir. Belə bir cəhd etsə ən yaxşı halda yenə döyüləcək. O da istəyərdi ki, kimsə başqa birisi inqilab etsin, çünki inqilabi şərait olsaydı belə onun buna cəsarəti də çatmazdı. Həm də axı, Əli Kərimlinin bir əli Qərbin cibindədir, biri də bizim hökumətin. O bunu necə edə bilər. Ona görə də zaman-zaman bir yerdə olduqlarının, onu fetişləşdirənlərin istədiyini etmədiyi üçün digərlərini salıblar onun üstünə və onu müxalifət olmamaqda, KQB agenti olmaqda ittiham edirlər. Burda bir ədalət var, çünki o başqalarını onun kimi davranmadığı üçün müxalifət saymır, başqaları da Əli Kərimlini onlların istədiyi kimi davranmadığı üçün müxalifət saymır,agent hesab edir.

-Əli Kərimli də sizi iqtidarın oyununa qatılmaqda ittiham edir.

-Siyasi partiyalar siyasi sistemi təşkil edən ən vacib siyasi institutdur. Biz uzun illər siyasətdə olan şəxslər kimi Prezidentin nüfuzlu və iqtidarın resuslarının böyük olduğunu, yaxud onların iddia etdiyi kimi yüksək standartlara cavab verən seçkilərin keçirilməyəcəyi ehtimallarını nəzərə alıb seçkiyə qatılmasaq, onda siyasətdən uzaq adi vətəndaşlar bunu edəcək. O zaman ölkənin qazancı nə olacaq? Doğrudanmı bu demokratiyanın inkişafına töhfə verəcək? Həm də Prezidentin nüfuzundan qorxmaq lazım deyil, nüfuzlu rəqiblə yarışmaq lazımdır. Həm də hər kəs arzulamalıdır ki, onun ölkəsində prezidentlər həmişə nüfuzlu olsun. Yüksək standartlara cavab verən seçkilərə isə yalnız siyasi proseslərdə, seçkilərdə fəal iştirak etməklə nail olmaq olar. Yüksək standartlara cavab verən seçki keçirmək üçün ilk öncə həmin standartlara cavab verən vətəndaş formalaşdırmaq lazımdır. Əks halda düşmən qüvvələr ölkəni qana bulayar və bu günə qədər əldə etdiyimiz hər şeyi ititrə bilərik. Reallıqları görməyən və ya nəzərə almayan şəxs siyasətlə məşğul olmamalıdır. Çünki həm özünə, həm də cəmiyyətə ciddi ciddi xəyal qırıqlığı, mərhumiyyətlər yaşadacaq. Xalqı sənin çağırışlarına cavab vermirsə buna görə onu qamçılamaq yox,onunla işləmək, onu ali dəyərlər uğrunda fədakarlıq etməyə hazırlamaq lazımdır. Məqsəd nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək olmayanda, siyasətçi daha rasional düşünür və cəmiyyət üçün daha faydalı olur. Əli Kərimli və ətrafındakı marginallaşmış qrup reallıq hissini çoxdan itirib. Ətrafındakılar bilməlidirlər ki, o nə hakimiyyət, nə də dəyərlər uğrunda mübarizə aparır, onun istədiyi puldur və ona da nail olub.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabah səsvermə protokollarının hazırlanmasına dair tələblərin təsdiqi üçün ayrılan müddət başa çatır

Next Post

İraqın şimalında terror hücumu nəticəsində 6 türk əsgəri şəhid olub

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
İraqın şimalında terror hücumu nəticəsində 6 türk əsgəri şəhid olub

İraqın şimalında terror hücumu nəticəsində 6 türk əsgəri şəhid olub

Gülçöhrə Şəfiyeva vəfat etdi

Gülçöhrə Şəfiyeva vəfat etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.