ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Nigerdə hakimiyyəti ələ keçirən hərbçilərin hərəkətlərinin ölkə konstitusiyasına uyğun olmadığını bildirib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, o, Ağ Evin münaqişənin diplomatik həll yollarını axtarmağa davam edəcəyinə aydınlıq gətirib.
Xatırladaq ki, daha əvvəl Nuland Niger Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Musa Salau Barmu və onun tərəfdaşları ilə görüşüb. Mətbuatın məlumatına görə, danışıqlar iki saatdan çox davam edib.
“Mən problemi danışıqlar yolu ilə həll etməkdə israr etdim. Belə bir qərara gəlmək asan olmadı. Hələlik ABŞ onların davam etməsi üçün qapını açıq saxlayır”,deyə Nuland bildirdi.
Yeganə





